ᴋᴀᴘıʟᴀʀı ᴋɪʟɪᴛʟᴇ!
ᴋᴏʀᴋᴜ sᴏğᴜᴋ ʜᴀᴠᴀ ɢɪʙɪ ɪçᴇʀɪ sıᴢᴍᴀᴋ ɪsᴛɪʏᴏʀ...
Təsəvvür edin ki, soyuq bir qış gecəsi həyətdən həyat yoldaşınızın maşınının səsini eşidirsiniz. İş səyahətindən geri döndüyünü fikirləşib onu qarşılamağa çıxırsınız. Amma yoldaşınız kimi geyinən, onun kimi davranan bu adamın, əslində, yoldaşınız olmadığını görürsünüz. Qorxuludur, elə deyilmi?
Sarah'nın kabusları da elə bundan sonra başlayır. Ehtiyatlı davranmalıdır, çünki özü ilə bərabər qorumalı olduğu altı yaşında oğlu da var...
Hadisələrin gedişatı haqqında daha çox danışıb spoyler vermək istəmirəm. Amma əsər barədə deyəcəklərim var.
Göründüyü kimi, süjet xətti maraqlıdır və hadisələr də insanı müəyyən gərginlikdə saxlayır. Sona qədər hər şey yaxşıdır. Lakin əsərin sonuna yaxın Wulf Dorn tərzinə xas "ters köşe" nəticə gözləsəm də, təəssüf ki, məni başqa sonluq qarşıladı. Qısacası, düşünürəm ki, digərlərinə nisbətən bu roman sönük qaldı.
Amma bir oxucu olaraq hələ də Wulf Dorn'un qələmini sevirəm və növbəti kitablarını da oxumağı düşünürəm.
Bu tərzdə əsərləri mütaliə etməyi sevən oxuculara tövsiyə edirəm, sadəcə qeyd etdiyim kimi, gözləntilərinizi qarşılamaya bilər.
Hər kəsə xoş mütaliələr!