- Lənətə gəlmiş pullar! - müstəntiq hirslǝ çığırdı. - Onlar az olanda da pisdir, çox olanda isə daha betərdir. Onlar insanın lap axırına çıxır.
-Böyük pullar insanı yırtıcıya çevirir, çox böyük pullar isə ondan xalis bədheybət düzəldir.
İstənilən detektiv qanunlarına görə, alicənab adamlar sonunda əsas cinayətkarlar ola bilərlər. Düzdür, fəhm anlayışı da var. O bu adamların sözlərində, davranışında, jestlərində, mimikasında yalanı hiss etməlidir, ancaq hiss etmədi. Əgər qatil bu iki şəxsdən biridirsə, deməli, dahiyanə şəkildə maskalanmağı bacarır. Ancaq öz fikirlərini və hisslərini tamamilə gizlətmək, fasiləsiz yalan danışmaq qeyri-mümkündür. İnsanı gözləri, əlləri, bədəni, jestləri, səsinin tembri, gərginliyi, intonasiyası ələ verir.
Müqayisələrə əl atmadan öz nəsibimizdən zövq alaq: başqasının səadətindən əziyyət çəkən şəxs heç vaxt xoşbəxt olmayacaq. Özündən qabaqdakıların sayını düşünəndə arxadan gələnlərə də boylanmağı unutma.