Fərqlilər

Dilqəm Əhməd

Fərqlilər Posts

You can find Fərqlilər books, Fərqlilər quotes and quotes, Fərqlilər authors, Fərqlilər reviews and reviews on 1000Kitap.
Ömər Faiqin şəriətlə mübarizəsində əsas yeri milli kimlik tuturdu. Azərbaycan xalqının özünü türk kimi deyil, müsəlman kimi adlandırması digər ziyalılar kimi Ömər Faiqi də hiddətləndirirdi: "Ey qafqazlı türk, sən çoxdan islamın qeyrətini çəkirsən və bu qeyrətlə hətta öz varlığını, öz adını da itirmişdin. Sən islam uğrunda o qədər çalışmış, əqidə qovğalarında o qədər zərər çəkmiş, o mərtəbə yorulmuşsan ki, axırda bu gün onların adlarını çəkmək istəməyib, təkcə müsəlman olmaq xəyalına düşmüsən".
Sayfa 97 - TEAS Press - 2018Kitabı okudu
Ömər Faiq yazırdı: "Mənə elə gəlirdi ki, müstəqil dil və ədəbiyyatı olmayan bir millətin siyasi istiqlalı da sağlam ola bilməz"
Sayfa 92 - TEAS Press - 2018Kitabı okudu
Reklam
"Bütün düşüncələrin dini mövhumata, bütün mübahisələrin sünni-şiəliyə, bütün söhbətlərin mömin-kafirliyə, bütün ümid va qayğıların cənnət və cəhənnəmə, bütün xəyalların köhnəliyə bağlandığı vaxtda bir məmləkətdə ilk açılan milli məktəbdəki müvəffəqiyyət ancaq bu qədər ola bilərdi”.
Sayfa 89 - TEAS Press - 2018Kitabı okudu
- Mirzə Fətəli, elmi öyrənməkdə məqsədin nədir? - Ruhani olmaq istəyirəm. - Demək, riyakar və şarlatan olmaq istəyirsən. Mirzə Fətəli, öz ömrünü bu iyrənc camaatın sıralarında zay etmə. Başqa bir peşə dalınca get".
Sayfa 8 - TEAS Press - 2018Kitabı okudu
"Patriarx"
Mirzə Kazım bəy böyük şübhə içində "İncil"i yenidən oxumağa başlayır: "Mən onu bir müsəlman, bir xristian kimi deyil, həqiqət axtaran bir adam kimi oxuyurdum".
Sayfa 25 - TEAS Press - 2018Kitabı okudu
·
Not rated
Kitab Azərbaycan Cümhuriyyətinin mühüm nümayəndələrindən Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, sənət dünyasının tanınmışlarından, həmçinin siyasətdə sözünü demiş Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Almas İldırım, Üzeyir Hacıbəyli kimi şəxslərin həyatından mühüm faktları, fraqment və fotoları oxucuya təqdim edir. Yazıçı bizi çar zindanlarda baş verən vəhşiliklərin şahidi edir, sanki bilmirsənsə xəbərdar ol, bilirsənsə xalqımızın nələr yaşadığını əsla unutma deyir. Sözü gedən kitab vasitəsilə şərqşünas alimimiz Mirzə Kazımbəyin, Bakının xilasında xüsusi əməyi olan Nuru Paşanın həyatı ilə tanış olub, "Molla Nəsrəddin" jurnalının ərsəyə gəldiyi o çətin dönəmlərə səyahətə çıxırıq. Kitabın irəliləyən səhifələrində vətən, maarif, azadlıq yolunun fədailəri olan qadınlarımızın ağrılarına şərik olur, mübarizələrini həyəcanla oxuyuruq.
Fərqlilər
FərqlilərDilqəm Əhməd · Teas Press Nəşriyyatı · 201541 okunma
Reklam
46 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.