Fərqlilər

Dilqəm Əhməd

Quotes

See All
Əgər bizdə insanlıq hissi ölməyibsə, güman edirəm ki, ölməyib, o vədə gərək uca səs ilə cümhuriyyət qəhrəmanlarını alqışlayıb deyək: Yaşasın cümhuriyyət!".
Sayfa 54 - TEAS PressKitabı okudu
Qadını sevmək
Qadına nə qədər qəlblə bağlansan, bir o qədər onu yaxından tanıyar , öyrənərsən . Yaxşı tanıdıqdan sonra bir o qədər də çox sevirsən və nə qədər onları çox sevirsən, bunun əvəzində, bir o qədərdən də artıq onlar səni sevirlər . Çünki əsl məhəbbətə onlar qarşılıqlı cavab verir
Mirzə Şəfi Vazeh
Reklam
Müstəqil dil və ədəbiyyatı olmayan bir millətin siyasi istiqlalı da sağlam ola bilməz.
Sayfa 92 - TEAS PressKitabı okudu
Atatürk
O özü elə bir həyat deyildimi? O, tükənmək, yorulmaq bilməyən daşqınlıqdı! Bəzən coşqun dəniz dalğaları kimi hiddətli, bəzən də müdhiş fırtınalara qədəm qoyan qatı və boğucu sükunət. Onun hər dəqiqəsi digərinə bənzəyirdimi? O, hər şeyin gah altında, gah üstündə deyildimi?
Sayfa 126 - TEAS PressKitabı okudu
Ömər Faiqin şəriətlə mübarizəsində əsas yeri milli kimlik tuturdu. Azərbaycan xalqının özünü türk kimi deyil, müsəlman kimi adlandırması digər ziyalılar kimi Ömər Faiqi də hiddətləndirirdi: "Ey qafqazlı türk, sən çoxdan islamın qeyrətini çəkirsən və bu qeyrətlə hətta öz varlığını, öz adını da itirmişdin. Sən islam uğrunda o qədər çalışmış, əqidə qovğalarında o qədər zərər çəkmiş, o mərtəbə yorulmuşsan ki, axırda bu gün onların adlarını çəkmək istəməyib, təkcə müsəlman olmaq xəyalına düşmüsən".
Sayfa 97 - TEAS Press - 2018Kitabı okudu
"Sən bizimsan, bizimsan, durduqca məndə can, Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!" Əmin Abid - Gültəkin
Sayfa 171 - TEAS Press - 2018Kitabı okudu
Reklam
"Azərbaycanın ilk qadın müəllimləri"
Beləliklə, 1901-ci il sentyabrın 7-də məktəb fəaliyyətə başlayır. Məktəbin açılışında iştirak edən Topçubaşov deyir: "Gələcək tarixçi bu hadisəni müsəlman qadının, bütün başqa xalqlarda olduğu kimi, ailə ocağını yandıran bu gözəl varlığın yüksəliş dövrünün başlanğıcı kimi qeydə alacaqdır". Jurnalist Əhməd Ağaoğlu yazır: "İndən belə müsəlman qadınları ailəyə maarifin canlandırıcı şüasını sapmək imkanı qazanacaqlar. Onlar gələcək nəsillərə inkişaf, yaxınlarına, xeyirxah insanlara sevgi təlqin edəcək ki, bunsuz hər hansı cəmiyyət ölümə məhkumdur".
Sayfa 101 - TEAS Press - 2018Kitabı okudu
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.