İtkin Gəlin 2. Kitab

Əfsanəsiz İllər

Alibala Hacızade

By Number of Pages Əfsanəsiz İllər Quotes

You can find By Number Of Pages Əfsanəsiz İllər quotes, by number of pages Əfsanəsiz İllər book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
Sənin vəfan bu imiş, ay mənim arzusu gözündə qalanım, arzumu gözümdə qoyanım?
Sənsiz bu dünyada yaşamaq çətin; Bu qəmli dünyada nə yaxşı varsan!
Reklam
Kişi gərək faydalı bir iş üstündə ölsün, heçin-puçun üstündə yox. İnsan həyatı bax sənin bu dostunun əlindəki tapançanın gülləsinə bənzər; o güllə ömründə bircə kərə atılar, onu ikinci dəfə ata bilməzsən, ağa. Əgər o hədəfə dəyirsə, demək onun güllə həyatı hədər getmir, boşa çıxırsa, demək ömrü də puç olur. İnsan da belədir, ağa. O da bu güllə kimi bir dəfə yaşayır, bir dəfə ölür. İnsanın yaşamağını demirəm- bu, hamıya məlumdur- onun gərək ölümü də mənalı olsun, gözəl olsun. Yersiz, məqsədsiz ölümlər, boş yerə atılmış güllələrə bənzəyir, ağa.
Səni sevən, eşqinlə çırpınan, yaşayan ürək- qədrini bilsən- ömürlük sənin mənzilindir, məskənindir, çalış orada ağılla, düşünə-düşünə yaşa, onda ömürlük yaşayarsan.
Bir gün acı hicran ayırsa bizi, Atsa alovlara ürəyimizi. Adlayıb dağları, keçib dənizi, Yanına gələrəm, "gəl" desən.
İnsan gərək xoşbəxtliyini tapanda çalışsın ki, itirməsin onu. İtirdinmi, sonra ayağına dəmir çarıq geysən də, əlinə dəmir əsa alıb dünyanı dolaşsan da, çətin taparsan, oğul. Ola bilər, tapasan da! Ancaq daha o xoşbəxtlik deyil, onun külüdür, kölgəsidir.
Reklam
35 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.