İtkin Gəlin 2. Kitab

Əfsanəsiz İllər

Alibala Hacızade

Əfsanəsiz İllər Quotes

You can find Əfsanəsiz İllər quotes, Əfsanəsiz İllər book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
Sənin vəfan bu imiş, ay mənim arzusu gözündə qalanım, arzumu gözümdə qoyanım?
İnsan gərək xoşbəxtliyini tapanda çalışsın ki, itirməsin onu. İtirdinmi, sonra ayağına dəmir çarıq geysən də, əlinə dəmir əsa alıb dünyanı dolaşsan da, çətin taparsan, oğul. Ola bilər, tapasan da! Ancaq daha o xoşbəxtlik deyil, onun külüdür, kölgəsidir.
Reklam
-Yox, ölüm bir həqiqətdir. Dünyada yaşamaq həqiqət olduğu kimi, ölüm də həqiqətdir. Dünyada hər şey- var-dövlət də, övlad da, dostluq da, sədaqət də əfsanədir. Onların heç birində etibar yoxdur, min bir üzü var hamısının, min bir də ürəyi. Amma ölümün bir üzü var- ölümdü o, daha başqa bir şey deyil.
Sayfa 338Kitabı okudu
Taleyin qismətindən ağılla faydalanmağı bacarmaq gərəkdi, Zəri.
İnsan həyatının bəzən elə günləri olur ki, bir ömrə bəs eləyə bilərək sevinci də yaşayır, kədəri də. Elə sevinir ki, özünü dünyanın ən bəxtəvər adamı hesab eləyir, yerə-göyə sığışmır, şadlığından gözləri yaşarır. Elə həmin gün də kədərlənir ki, özünü dünyanın ən bədbəxt adamı sayır, bir az əvvəlki xoşbəxtliyindən əsər- əlamət qalmır, unudulur, gözləri kədər yaşları ilə dolur. Bəli, insan həyatında belə təzadlı gün də ola bilər.
Sayfa 341Kitabı okudu
Semimiyyet olmayan yerde mehebbet yaşaya bilmir. Semimiyyet mehebbete inam, qol-qanad verir, onu böyüdür, ülvileşdirir.
Sayfa 228Kitabı okudu
Reklam
46 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.