Kitabda Hz. Muhəmmədin (s) doğulmasından öncə ərəblərin vəziyyəti, Peyğəmbərin anadan olmasından vəfatına qədər həyatı, o dövrdəki ictimai-siyasi hadisələr, ərəb dövlətinin yaranması, tarixi öz əksini tapmışdır. Kitabın sevdiyim bir özəlliyi isə içərisindəki hadisələrin, faktların təhlil olunması, gözəl, ətraflı izah edilməsidir. Özü də ən mötəbər mənbələrə istinad edilmiş, şübhəli məqamlara tutarlı cavab verilmişdir.
Kitabda "Ərəblər İslamdan öncə", "Peyğəmbərin əcdadları", "İlk həqiqət işartıları", "Qəraniq əfsanəsi", "Merac, Quran, hədis və tarix baxımından", "Peyğəmbərin nümayəndələri" kimi maraqlı mövzular öz əksini tapmışdır.
Həmçinin, kitaba akademik Vasim Məmmədəliyev ön söz yazmışdır.
Düşünürəm ki, hər kəs bu kitabı oxumalıdır