Gecəyari Sui-Qəsd

Əlisəfa Azayev

Puan

910 üzerinden
2 Kişi · 1 İnceleme
256 syf.
8/10 puan verdi
·
Beğendi
·
20 günde okudu
"...Aydın cəld qayığı geri qaytardı. Nadir isə sürətlə toru yığmağa başladı. -Hə, torda nə isə var. Gəlir... Elə kötüyə oxşayır. Heç tərpənmir də. Yox, deyəsən tərpəndi, balıqdır, qayığı geri ver. Yenə də toru altına saldı. Yavaş, yavaş.. Bu nədir? Vay... dədə... Nadir dəhşətlə bağıraraq, toru buraxıb özünü suya atdı. Aydın karıxıb bilmədi nə etsin. Qeyri-ixtiyari olaraq özünü Nadirin ardınca suya atdı. Onlar çığıra-çığıra gecənin zülmət qaranlığında sahilə tərəf üzürdülər. Küləyin təsiri ilə şahə qalxmış dalğalar bu dəhşətli qorxunu birə-min artırırdı. Təngnəfəs olmuşdular. Bir anlıq sahil qumları üzərində sərilib qaldılar. Nadirin danışmağa dili yox idi. Aydın güclə, boğula-boğula nəfəs alırdı. Bütün güclərini toplayıb sürünə-sürünə sahildən xeyli uzaqlaşdılar. Şükür, hər ikisi salamat idi. İlk dəfə Aydın özünə gəldi. O, qaranlıqda heç nə görə bilməmişdi. Nadirin qarasınca özünü suya atmışdı. İndi ona görə də həyəcanlı halda soruşdu: -O nə idi? Lap yaxından gördün?.."
Gecəyari Sui-Qəsd
Gecəyari Sui-QəsdƏlisəfa Azayev · Qanun Nəşriyyatı · 20048 okunma
Resim