"Cəhalət - şeyləri olduğu kimi deyil, üzərinə kölgəmizi düşürərək başa düşməyimiz, anlamağımızdır" deyərək əslində cəhalətimizə işıq tutur kitab. E.ə Hindistanda yaşamış Kanadanın fəlsəfi düşüncələrini Çetin Çetintaş öz əlavələri, izahları ilə təqdim edir.
Kitab Dharma (kader) yolu, gerçək azadlıq, ruhun varlığı, acı, insanın varoluşu, çəkim yasası, duyğularımız, başqalarının duyğularına baxışımız, yoga və s. kimi mövzuları əhatə edir.
Kitabda belə bir izah var: "Evindən çıxıb çox uzaq bir yerə getdin, evə necə geri dönəcəyinin yolu sənin Dharman'dır (kaderindir)." Yəni, yaşamın başlanğıcında yolumuzu itirib, "gerçək mənlikdən" uzaqlaşmağımızı izah edir. Qısaca, Dharmanı - ruhun evinə, "öz"ünə dönmə çabası olaraq adlandırılır.
Kitab qısa və özdür. "Mənlik", "öz" axatrışında olanlar üçün yaxşı bir başlanğıc ola bilər.