"Gilqameş dastanı" bəşəriyyətin üzə çıxarılmış ən qədim bədii nümunəsidir. "Gilqameş hekayələri" isə hələ dastanın ərsəyə gəlməsindən illər öncə əfsanəvi Uruk hökmdarı Gilqameş haqqında olan hekayələrin yazıya köçürülməsi ilə meydana çıxmışdır. Kitabı oxuyarkən qədim dövrdə yaşayan insanların düşüncə tərzi insanda maraq doğurur. Məni ən çox heyrətləndirən isə
müasir alimlərin minillər əvvəl istifadə olunan dili deşifrə etməkləridir. Kitabın hər sətrində bu hissim özünü büruzə verirdi :). "Gilqameş hekayələri" gil kitabələr üzərində yazıldığına görə onları tam olaraq əldə etmək mümkün olmamışdır, təəssüf(müxtəlif nüsxələrdən istifadə etməklə tamamlamağa çalışıblar). Buna görə də bəzən müəyyən sətirlər çatışmır, lakin ümumi məğzi anlamaq mümkün olur.
Kitabdakı hekayələr:
1. "Gilqameş ilə Aqqa"
2. "Gilqameş ilə Enkidu və digər dünya"
3. "Gilqameş ilə Huvava" (A mətni)
4. "Gilqameş ilə Huvava" ( B mətni)
5. "Gilqameş ilə Göy Buğası"
6. "Gilqameşin ölümü"
7. "Gilqameşin məktubu"
Xoş mütaliələr hər kəsə :)