Gizli təkəbbürdən xilas

Elirza Penahiyan

Sözler ve Alıntılar

Tümünü Gör
Bizə təkəbbürlü insanlarla mübahisə etməməyi göstəriş veriblər, çünki onlar heç vaxt qane olmazlar. Belə insanlar, onlara nə deyildiyini heç vaxt anlamaz və ya qulaq ardına vurarlar. Təkəbbürlü insanın düşüncə və zehni elə bir nöqsana düçar olar ki, haqq sözün müqabilində heç vaxt təslim olmaz və haqqı müəyyən edə bilməz.
"Niyə təkəbbür insanın qəlbində gizli qalır?" sualının cavabı elə də çətin deyil. Ruhumuzda mövcud olan gizli təkəbbürə nə zaman əhəmiyyət verməsək, o zaman onu görməyəcəyik. Yəni onu görmək istəmədiyimiz müddətdə görməyəcəyik. Bu, çox sadədir. Biz ruhumuzu əsir alan təkəbbürə əhəmiyyət verməli və onu tapmaq üçün tez-tez ruhumuzu silkələməliyik. Doğrudur, insanlarda təkəbbürün hədd və dərəcəsi müxtəlifdir, amma olmaması əsla mümkün deyil.
Reklam
Ümumiyyətlə, biz-insanlar təkəbbür göstərməzdən əvvəl qarşı tərəfi sınaqdan keçirər və hər kəslə eyni həddə rəftar etmərik. Məsələn, əgər qarşı tərəf zəif insandırsa, təkəbbürümüzü büruzə veririk. Lakin hansısa işimiz onun əlindən keçirsə, yetərincə diqqətli olmağa çalışır, hələ təvazökarlıq da edirik. Zəifi əzməyin insanın ən çox yayılmış çirkin xislətlərindən biri olmağı bir həqiqətdir.
Təkəbbürlü şəxslər, başqalarının –hətta sevməsələr belə, - təkəbbürlərinə görə onlara hesabat vermələri və hörmət etmələri üçün öz ətraflarındakı insanların məhəbbətlərinin ləzzətindən də keçərlər. Bu cür insanlar üçün, başqalarının onlara nifrət etməsinin heç bir əhəmiyyəti yoxdur. Onlar üçün yalnız, başqalarının onlara hörmət etmələri mühümdür
İnsanın düşüncəsizliyi məsələsinə , onun cahamatın eyiblərini görməsi , lakin öz eyiblərinin ona gizli qalmasını demək olar ( İmam Əli )
Reklam
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.