Göy Qurşağının Bitdiyi Yer

Məsudə Cabbar

Yorumlar ve İncelemeler

Tümünü Gör
250 syf.
6/10 puan verdi
·
24 saatte okudu
Antuan 14 yaşında öz evindən ayrılaraq kiçik bir qəsəbəyə yerləşmişdir. Burada Suzanna adlı 92 yaşlı qadının yanında yaşayırdı. Suzanna Antuana öz oğlu kimi baxırdı. Antuan xasiyyətcə özündənrazı və dəlisov biri idi. Burada demək olar sataşmadığı qız yox idi. Qəsəbənin ən sirli qadınlarından biri olan Xloya onun yeganə dostu idi. Və ona həqiqətən çox dəyər verirdi. Şirin atmacalar, yüngül dava dalaşlar onların dostluğunun ayrılmaz parçası idi. Antuan heç bir qadına məhəbbətlə yanaşmır, onlara keçici əyləncə gözü ilə baxırdı. Barabara da həmən qadınlardan biri idi. Antuan ona illərdir birlikdə çıxıb gedəcəyinə söz versə də sözünün üstündə durmurdu. Ancaq bir gün Antuan məhəbbət oduna düşür və Serena adlı bir qıza aşiq olur. Serena çox gözəl və cazibədar qadın idi. Ancaq o Antuanı sevəcəkdimi? Bütün bunları düşünən Antuan gözləmədiyi bir hadisəylə qarşı-qarşıya qaldı. Canından artıq sevdiyi Xloya qəsəbəni tərk etmişdi, həm də onunla sağollaşmadan, bəs buna səbəb nə idi? Yaxşı bəs Barbara niyə onunla vidalaşmaq üçün gəlmişdi? Antuan 14 yaşında ikən evindən niyə ayrılmışdı və hal-hazırda anasına nə olmuşdu? Bütün bunlar təsadüf idimi? Göy qurşağının bitdiyi yerdə Antuan nə tapmışdı? Bu əsərə 6 puan verməyimə səbəb sanki kitab tərcümə olunmuş hissini verirdi. Antuan, Xloya, Suzanna və sairə bu adlar yerinə ən azından öz adlarımızdan istifadə oluna bilərdi. Kitab çox qarışıq idi, ancaq hekayə maraqlı idi.
Göy Qurşağının Bitdiyi Yer
Göy Qurşağının Bitdiyi YerMəsudə Cabbar · 2015105 okunma
Reklam
250 syf.
·
Puan vermedi
"Bəzən hisslərimiz bizi idarə etməyə başlayır, bu, hər kəsin başına ən az bir dəfə gəlir. Hərdən sevgi hərdən də nifrət idarə iplərimizi əlinə alır. Amma əsas olan nəticəsidir. Boynunda nifrətin ipləri var idi və onu birlikdə qopardıq."
Göy Qurşağının Bitdiyi Yer
Göy Qurşağının Bitdiyi YerMəsudə Cabbar · 2015105 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.