Gözəgörünməz Əl

A. Ralph Epperson

Sözler ve Alıntılar

Tümünü Gör
Məşhur psixoanalitik Walter Langer yazırdı ki, onun nəzəriyyəsinə görə, Hitler özü dörddə bir Yəhudi və Rotşildin nəvəsi idi. Langer bildirirdi: "Hitlerin nəsil şərəcəsinin tətqiq olunmasında çox böyük qarmaqarışıqlıq var. Adolfun atası - Aloiz Hitler, Mariya Anna Şiklqruber'in qeyri-qanuni oğlu idi. Belə hesab etmək qəbul olunub ki, Aloizin atası İohann Georq Hidler idi..." Aloizin atasının İohann Georq Hidler olduğu fikrinə kimlərsə böyük şübhə ilə yanaşır. Məsələn, Tysenn və Koehler bildirirlər ki, Avstriyanın Kansleri, Kansler Dolfuss Avstriya polisinə Hitlerin ailəsinin ciddi araşdırılmasını əmr etmişdi. Bunun nəticəsində məxfi sənəd hazırlanmışdı və bu, Mariya Anna Şiklqruberin Vyanada yaşayarkən hamilə qaldığını sübut edirdi. Həmin dövrdə o, baron Rotşildin evində xidmətçi işləyirdi. Hamilə olduğunu baronun evində aşkar edən kimi, o evə, Spitala göndərildi və Aloiz də elə burada doğuldu.
Hakimiyyətə can atanları hakimiyyət əxlaqsız edəcək. Onlar daha çox hakimiyyət əldə etmək istəklərini qane etmək üçün qəsdən depressiyalar, inqilablar və müharibələr doğuracaq.
Reklam
"Biz ümid edirik ki, siz düz və səhv cavabların olmadığını başa düşdünüz. Hər bir insanın özünün nöqteyi-nəzəri var və onun üçün doğru olan məhz budur".
"Siyasətdə heç nə təsadüfən baş vermir. Əgər nəsə baş veribsə, deməli, belə də düşünülüb". - Franklin D. Roosevelt
Tarixə təsadüf kimi baxış: tarixi hadisələr təsadüfi şəkildə, aşkar səbəblər olmadan baş verir. Hökmdarlar nəyi isə dəyişməkdə acizdir. Tarixə Sui-Qəsd kimi baxış: tarixi hadisələr plan üzrə baş verir və onun mənası xalqa adətən məlum deyil.
Reklam
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.