Gümüşgöl Əfsanəsi

İsi Melikzade

Yorumlar ve İncelemeler

Tümünü Gör
295 syf.
8/10 puan verdi
İsi Məlikzadənin insan, insan bacarığı, xəyanətkarlıq, ətraf mühit, təbiət, real, qeyri real fikirlərinin cəmləşdiyi bir əsərdir. Əsərdə sevgi motivi qarışıq olmasına baxmayaraq biz onu yaxalaya bilirik. Əsas obrazlardan Orxanın, Bənövşənin, Yavərin, Ağabəyimin adlarını qeyd etmək olar. Əfsanəvi hissələr Bənövşə obrazı ilə əlaqəlidir. Bənövşə əfsanədə olduğu kimi öz günahsızlığını isbat etmək üçün gölün üzərindən keçərkən suya batmır. Bununla da onun günahsızlığı isbat olunur. Əfsanəvi həyatı Bənövşənin özünün danışdığı əfsanə ilə duyuruqsa, real həyatı Bənövşə ilə Orxanın münasibətlərinin təzahüründə görürük. Orxanla Bənövşə niyə qovuşa bilmir? Çünki onlar ayrı dünyanın insanlarıdır.Bənövşə əfsanələrlə yaşayan,hətta əfsanələrdən gələn obrazdır.O çox saf, dürüst, dünyagörüşlü və hər kəsi öz arşını ilə ölçən bir obrazdır. Bunlar isə Orxana yaddır.Orxan qərarsızdır. Bənövşənimi, əvvəlki sevglisinimi seçəcəyini qərarlaşdıra bilmir. Hətta bir an keçmiş sevgilisi Səfanın evlənmək təkidlərindən bezmiş bir vəziyyətə gəlir. O, Bənövşəni gördükdən sonra həyat tərzi, dünyaya baxışı sanki , dəyişilir. Lakin bu da uzun çəkmir .Əslində yazıçı onları qovuşdura bilər. Sadəcə onları qovuşduraraq əsəri adiləşdirmir.
Gümüşgöl Əfsanəsi
Gümüşgöl Əfsanəsiİsi Melikzade · Yazıçı Nəşriyyatı · 198745 okunma
Reklam