Güneşi Görüyorum

Nodar Dumbadze

Sözler ve Alıntılar

Tümünü Gör
Gözyaşlarını bugün öğrendim, birçok insanın gözyaşını, acısını ve elemini.
İsti, olduqca isti iyun axşamı idi. Qaranlıq, bir növ kəsif qatlı göy üzünü iri şüalı ulduzlar sıx-sıx bürümüşdü. Adama elə gəlirdi ki, əlini uzadıb, ulduzlu səmadan bir tikə qoparmaq olar – səma bu qədər sıx və aşağı idi. Cırcıramalar cırıldayır, hardasa, yaxından çayın qıjıltısı gəlir, qurbağalar quruldayırdı. Vəfalı kənd keşikçiləri – itlər tənbəl-tənbəl hürür, bir-birinə hay verirdilər. İndi mənim kəndimin də səması belədir, mənim kəndimdə də bu cür sakitlikdir və orda iyun gecəsinin səmavi sükutunu pozan da eynən buradakı kimi səslərdir. Bibim də, yəqin bizim qoz ağacının altında mütəkkəyə dir-səklənərək uzanıb, ulduzlu səmanın gümüşü qaranlı-ğına baxır və mənim fikirləşdiyimi fikirləşir...
Reklam
Gökyüzü bir ayna olsaydı, gerçek bir ayna, kocaman bir ayna. İnsanlar, herkes, ötekilerin de kötü olmadığını görürdü. Herkesin iyiliği çıkardı ortaya, herkes birbirini görüp tanısa, nice güzellikler olduğunu anlarlardı dünyada.
Əgər səmada hər şey güzgüdəki kimi əks olunsaydı, nə yaxşı olardı. Onda səmaya baxar, bir-birimizi görərdik. Onda hamımız bir-birimizi tanıyar, bir-birimizlə dostlaşardıq... Bütün aləmlə tanış olardım, yer üzündə yaşayan bütün adamlar da məni tanıyardılar. Əgər səma güzgü olsaydı, yaxşı olardı... Çoxlu ölkə görərdim, bütün ölkələri. hamı da bizim ölkəni görərdi. Və onda, yəqin, daha müharibə olmazdı, çünki adamlar başa düşərdilər ki, onlar bəzən bir-biri barədə fikirləşdikləri qədər də pis deyillər. Görərdilər ki, dünyada yaxşı şeylər çoxdur. Əgər səma güzgü olsaydı, onda görərdik ki, kimisinin günü ağırdır, kimisininki isə asan, kef... Və günü xoş keçənlər əziyyət çəkənlərə kömək edərdilər... Hə, əgər səma güzgü olsaydı...
Axı, sənin də bir hədd-hüdudun var və geri də qayıtmalısan. Di, qaytar o apardığın adamları, qaytar onları, a yol. Bilirdim ki, bir gün gələcək, məni də çəkib, sonu məlum olmayan uzaq yerlərə aparacaqsan, ancaq mən bura qayıdacam, özün gec-tez məni qaytarıb bura gətirəcəksən. İstəmirəm, kimsə buraya mənim xəbərimi gətirsin, özüm qayıdıb bura gələcək və deyəcəm: bu, mənəm, qayıtmışam, camaat! İstəyirəm ki, apardığın adamlardan hər biri belə desin, hər biri qayıtsın-istər öz ayaqlarıyla olsun, istər qoltuqağacıyla, – ancaq təki qayıtsın!
Reklam
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.