Xüsusilə "Tehlikleli oyunlar" ı bitirən hər kəsin içində bir sızıltı, bir acı qalır, amma yenə də təsəllini digər kitablarda axtarırıq. Son kitabı bitirməyin isə heç bir təsəllisi ola bilməz...
Beləliklə Oğuz Atayın əsərləri bitdi (eyni zamanda mən də bitdim...)
Kitab haqqında ümumi fikirlərimi bildirmək üçün deyə bilərəm ki, əvvəlcə bütün roman, dram, hekayə kitablarını bitirib daha sonra "Günlük" kitabını oxuyun. Burada bir sıra əsərləri haqqında, onların süjetləri haqqında yetərincə məlumat var. Eyni zamanda hər birisindən sanki Oğuz Ataydan qopmuş parçalar da var...
Kitab iki hissə olmaqla səhifələrə ayrılır. Bir səhifədə çap yazısı, digərində Oğuz Atayın əl yazısının çapı var. Son səhifələrdə isə albom yer alıb ki, burada da uşaqlığına və yaşadığı dövrlərə aid şəkillər yer alıb.
Hər bir Oğuz Atay sevərinə həm xoş mütaliələr arzu edirəm, həm də səmimi qəlbdən "keçmiş olsun" deyirəm...