Hə ilə Yox Arasında

Albert Camus

By Number of Pages Hə ilə Yox Arasında Quotes

You can find By Number Of Pages Hə ilə Yox Arasında quotes, by number of pages Hə ilə Yox Arasında book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
Çünki yalnız sevgi bizi özümüzə qaytarır.
Əgər, həqiqətən də, itirilmiş cənnət mövcuddursa, bu gün içimi dolduran o sezilməyən, zərif, qeyri-insani hissə hansı ad vermək lazım olduğunu bilirəm. Sərgərdan evinə qayıdır. Mən - mənsə xatirələrə dalıram. İstehza, tərslik - hamısı susur və budur, mən yenidən evdəyəm. Xoşbəxtlikdən danışmayacağam. Hər şey daha sadə və asandır. Çünki dalğınlığın dərinliyindən qaytara bildiyim saatlarda yaddaş əbədiyyətdə itib-batmayan yalnız bir həqiqi hissi, bir anı qoruyub saxlayır. Məndə həqiqi olan yalnız budur və mən bu həqiqətə çox gec vardım. Biz bitməsi lazım olan yerdə budaq atmış ağac növünü, hərəkət çevikliyini sevirik. Və bu sevgini yenidən oyatmaq üçün azacıq bir şey, məsələn, qapısı uzun müddət bağlı qalmış otağın havası və ya yoldan ötən tanış addımlar yetərlidir. Mənimlə də belədir. Və əgər onda mən vəcdi sevirdimsə, deməli, özümə sadiqdim, çünki yalnız sevgi bizi özümüzə qaytarır.
Reklam
Yalnız sevgi bizi özümüzə qaytarır
Sayfa 7
Ən acı səhv - insanı əzab çəkməyə məcbur etməkdir.
Hə, bəlkə də, ötüb-keçən fəlakətlərin qüssəsi elə səadətin özüdür.
Hər şey sonuna gələndə, həyat yanğısı sönür. Bəlkə, elə xoşbəxtlik budur? Xatirələri çək-çevir edərkən hamımız onu eyni cür kasıbyana geyindiririk və ölüm qarşımızda səhnənin bir küncünə atılmış nimdaş, solğun dekorasiya tək dayanır. Biz özümüzə qayıdırıq. Dərdimizi bütünlüklə içimizə çəkirik və o, bizə əziz görünür. Hə, bəlkə də, ötüb-keçən fəlakət lərin qüssəsi elə səadətin özüdür.
Reklam
1,000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.