Hə ilə Yox Arasında

Albert Camus

Hə ilə Yox Arasında Quotes

You can find Hə ilə Yox Arasında quotes, Hə ilə Yox Arasında book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
"Badam tarlaları"
Bəli, əlbəttə ki, biz, faciəli dövrdə yaşayırıq. Lakin çoxları faciəli olanı çarəsizliklə səhv salır.
"RƏSSAM MƏHBƏSDƏ"
Yaradıcılıq adına saxtakarlıqla məşğul olan istedadın özünü həyatda təkcə arsız və mahiyyətsiz kimi büruzə verməyə qadir olması gün kimi aydındır.
Reklam
Hə ilə Yox Arasında
Bu saat - sanki HƏ ilə YOX arasında içimə çökən bir sakitlikdi, məhz buna görə ümidi də, həyata olan nifrətimi də başqa saatlara saxlayıram.
"Tipsaya qayıdış"
Əvvəllər özümüz də fərqinə varmadan məsumuyduq, indisə günahsız günahkar: sirr təcrübəmizlə birgə böyüyürdü. Elə buna görə də mənəviyyata can atırdıq - necə də gülünc səslənir! Əldən düşmüş halda ləyaqəti arzulayırdım. Məsum olduğum zamanlarda isə mənəviyyatın mövcudluğundan xəbərsizdim.
"Badam tarlaları"
"Məni ən çox nəyin heyrətləndirdiyini bilirsiz? - Napoleon Fontana söyləyirdi - Gücün heç nəyi yarada bilməməsi. Yer üzündə yalnız iki fateh var - qılınc və ruh. Və hər şeyə rəğmən, ruh həmişə qılınc üzərində qələbə çalır".
"Çörək və azadlıq"
İstənilən diktaturanın ilkin vəzifəsi bir həmlə ilə həm əməkçiləri, həm də ziyalıları əzməkdir.
Reklam
Əgər mən inadla yer üzündəki bütün "nə vaxtsa"lardan imtina edirəmsə, mənim üçün söhbət elə indiki zənginliyimdən üz döndərməməkdən gedir.
Bizim kimi qul cəmiyyətlərinə gerçəyi görmək üçün iztirab və köləlik lazımdır, - günahları da elə bundadır, - halbuki həqiqət həm də xoşbəxtlikdir, yetər ki, ürək ona layiq olsun.
"Tipsaya qayıdış"
Sevilməmək - olsa-olsa uğursuzluqdu, sevməməksə bədbəxtliyin özüdür. Bu gün biz hamımız bu bədbəxtliyin qurbanlarıyıq. Çünki qanlı nifrət qəlbi tükədir; ədalət uğrunda uzunmüddətli mübarizə onu doğan sevgini cənginə alır. Yaşadığımız səs-küy arasında sevgi mümkün deyil, təkcə ədalət də bəs eləmir.
Alman dostuma məktub
Əgər həyatın boyu döyüşə hazırlaşmısansa, onu başlamaq elə böyük igidlik sayılmır.
Sayfa 144Kitabı okudu
1,000 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.