Hey Gidi İstanbul

İslam Çupi

Yorumlar ve İncelemeler

Tümünü Gör
165 syf.
8/10 puan verdi
·
4 günde okudu
İstanbul səyahətimin son saatlarını keçirəndə İş Bankası muzeyində bankın nəşriyyatının kitabları satılan mağazaya girdim. Mən kitabla maraqlananda nə əvvəlinə baxıram, nə də axrına, ortasından başlayıram vərəqləməyə. Kitabın ortasından müəllifin Sirkeci Gar'ı haqqında yazdığı xatirələri qarşıma çıxdı, 1 saata Sirkeciye getməli olduğumdan çox xoşuma gəldi, kitabı alıb hava limanına doğru yola düşdüm. Son dəfə İstanbula dönüb baxdım, İstanbul - Bakı təyyarəsində başladım xatirələri oxumağa. Müəllif 50-60-cı illərin İstanbulunun, insanlarının portretini müvəffəqiyyətlə çəkərkən bir tərəfdən də betonlaşan, öz gözəlliyini itirməyə başlayan İstanbulu keçmişlə müqayisədə ağrı ilə yad edirdi. 8 gün ərzində İstanbulun altını-üstünə çevirib gəzdikdən sonra İstanbulu şəhəri dərindən bilən və sevən birinin xatirələrindən tanımağa çalışmaq zövq verən bir oxuma prosesi oldu. “İstanbul’un 50 yıl önceki yerleşim maketi, doğası, oksijeni ve iyodu ile yerleşim dizaynı, büyük bir taşra göçü altınmaz tanınmaz kocaman bir köyün cahillik ve görgüsüzlük kulesine tırmanırken, eski insanlık, komşuluk, karşılıklı nezaket ve yardımseverlik, mezarlıklara girmiş küflü ölü bir künyeye dönüştü şimdi.. 50 yıl öncəki İstanbul, onu yaşayıp bu kentte yaşlanmış olanların ellerinde ve gönüllerinde tuttuğu sararmış bir kartpostaldır artık. İnsanlar gibi şehirlerin de sonbaharı vardır..”
Hey Gidi İstanbul
Hey Gidi İstanbulİslam Çupi · Çınar Yayınları · 19957 okunma
Reklam
Resim