Heyvanıstan kitaplarını, Heyvanıstan sözleri ve alıntılarını, Heyvanıstan yazarlarını, Heyvanıstan yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Uzun zamandır oxumaq istədiyim, mənə çox maraqlı gələn kitablardan biri idi və kitabxanada təsadüfən qarşıma çıxdı. Dünən kitabı oxumağa başladım və fasilərlə elə 1 gündə bitirdim.
"Heyvanıstan" povestində Corc Oruell hakimiyyətin bir sözlə əsl qaranlıq iç üzünü üstüörtülü şəkildə oxucuya çatdırmağa çalışıb. Həmdə heyvanların
İnsana, onun bütün istəklərinə qarşı düşmənçiliyin hər birinizin borcu olduğunu heç vaxt unutmayın! İki ayağı üstə gəzən hər bir canlı düşmənimizdir! Dörd ayağı üstə gəzən, yaxud uçan hər canlı dostumuzdur! Bir şeyi də yadınızda saxlayın. İnsana qarşı mübarizə apararkən biz heç vəchlə özümüzü ona bənzətməyə çalışmamalıyıq.
Hətta mübarizə qələbə ilə başa çatandan sonra da İnsanın
həyat tərzini qəbul etməyin. Evdə yaşamaq, yorğan-döşəkdə yatmaq, paltar geyinmək, spirtli içki içmək, siqaret çəkmək, pulgirliyə qurşanmaq və ticarətlə məşgul olmaq heç
vaxt, heç bir heyvanın ağlına da gəlməməlidir. İnsanın vərdişlərinin hamısının mayasında pisliklər dayanır.
George Orwell «Heyvanıstan» əsərində siyasətin həqiqi üzünü asan dildə insanlara başa salmaq istəmişdir. Bir növ müəllif heyvan simvolları vasitəsi ilə müəyyən fikri üstüörtülü şəkildə oxuculara çatdırmışdır. Əsərin əvvəlində insanlar tərəfindən heyvanlar üzərində avtoritar rejimin hakim olduğunu görürük. Yaşlı mayor donuz ölümündən qabaq
Bu kitabı oxuyarkən özünüzü bir teatrda imiş kimi fərz edin. Ya səhnəcikləri izləyəcəksiniz, ya da pərdə arxasını, orada olub bitənləri. Biri sizin gördükləriniz və biri də görmək istəyəcəklərinizdir.
George Orwell sanki öncədən anlayıb ki, çox az insana pərdə arxası maraqlı gələcək və adam bunu nəzərə alaraq, demək olar ki, səhnədə məhz pərdə arxasını nümayiş etdirib..Və siz fərqində olmadan pərdənin arxasındakıları səhnədə izləyirsiniz.
Kitabda hər heyvan özündə xüsusi bir özəllik əks etdirir. Kimi həyatı vecinə almamağı, onu gözardı etməyi(Benjamin), kimi indiki bəzi idarəçiləri, öz mənafeyi uğrunda xalqın haqqına girənləri(Napoleon), kimi də saf niyətlərindən sui-istifadə edilən, alçaldılanları(Bokser) və ən əsası da həqiqətləri güzgü kimi əks etdirdiyi üçün çilik-çilik edilənləri, xain küləyin üfürüb söndürdüyü, qaranlıq otaqdakı yanan sonuncu şamı ifadə edən Snoubol..Və bütün olanları görə bilməyib, başçılarının gözündən həyata baxan digər heyvanlar.
Bu heyvanlar da, əslində, özlərində, real həyatda yaşamış insanların bəzi özəlliklərini birləşdirir. Mənim sezə bildiyim qədərilə, Napoleon(donuz)
Vladimir İlyiç Lenin idi. Tanıdığım insanlardan, sadəcə bunları seçə bildim. Amma bu mənim üçün o qədər də mühüm nüans deyil. Siyasəti ədəbiyyata qatmayacağam.
Kimi pisləyirsənsə, sonda ona da çevrilirsən. Kitabın sonunda üzümə şillə kimi yayıldı bu.
George Orwell necə bir əsər yaratmısan sən belə? Həyatın təsvirini kitabında vermisən sanki. Bu bəşəriyyətin ən gözəl avtoportretlərindən biri idi..
Möhtəşəm!
HeyvanıstanGeorge Orwell · Qanun Nəşriyyatı · 2013245,1bin okunma