Görkəmli ingilis yazıçısı Corc Oruellin (George Orwell) yaradıcılığı dünya miqyasında məşhurdur. Xüsusilə onun "1984" romanı və "Heyvanıstan" povesti ötən yüzillikdə sözün, ədəbiyyatın totalitar təfəkkürə və despotik idarəçilik üsullarına qarşı mübarizənin ən diqqətəlayiq nümunələrindən sayılır. Hər iki əsər yarandıqları vaxtdan ədəbi və siyasi fikrin diqqət mərkəzində olmuş, müxtəlif dillərə çevrilmiş və ciddi polemika doğurmuşlar. Oruell nəsrinin mühüm, diqqətəlayiq nümunələrindən sayılan "Heyvanıstan" Azərbaycan dilində ilk dəfə, həm də orijinaldan tərcümədə çap olunur.