Hikmətlər və Nəsihətlər

Murtaza Mutahhari

Sözler ve Alıntılar

Tümünü Gör
İctimai ruhiyyə
Səhər yatağından qalxanda niyyəti müsəlmanların işlərini düzəltmək olmayan şəxs müsəlman deyil. Müsəlman o şəxsdir ki, müsəlmanlar onun əlindən və dilindən amanda olsunlar. ~Allah Rəsulu (s)~
Sayfa 146Kitabı okudu
"Hər biriniz digərinə qarşı məsuliyyət və cavabdehlik daşıyır".
Reklam
Düzgün yol insanın öz şəxsiyyətini, özünün gizli istedadlarını yaddan çıxarmamasıdır. O, bilməlidir ki, dünya səbəblər dünyası olsa da, bu səbəblər dünyasında ən yaxşı səbəb öz vücudumuzda olan səbəblərdir. Allah-təala hər hansı bir varlığı yaradanda onu onun şəxsiyyətinin bir hissəsi olan istedadlar va təchizatlarla təmin etmişdir. Bu təkcə insana aid deyil, bütün varlıqlar öz vücudlarında onların xoşbəxtliklərini təmin edən təchizatla təmin edilmişdir.
Heç vaxt başqalarının qulu olma. Allah səni azad yaratmışdır.
... Bir həyat var, bir ölüm. Ölüm odur ki, diri qalırsınız, amma məğlub, məhkum və möhtac! Həyat isə fəth, zəfər və qələbə ilə ölməkdədir. Həzrət Əli (ə)
Tövbə bəndənin həqiqi şəkildə Allaha tərəf qayıtmasıdır.
İnsan ölən kimi, onun əməl dəftəri bağlanır, onun yaxşılıq və pislik sütunları tamamilə qapanır, üç istisna ilə : 1) İnsan özündən sonra bir xeyriyyə müəssisəsi qoyub getsin Allahın bəndələri həmin müəssisədən bəhrələnsinlər (Xəstəxana, məktəb, və ya məscid). 2) Elmi əsər qoyub getsin və sonralar elm və bilik axtarışında olanlar həmin elmi əsərdən faydalansınlar. 3) Özündən sonra saleh, düz və mömin övlad qoyub getsin və onun ölümündən sonra həmin övlad onun bağışlanması üçün dua etsin.
Reklam
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.