Hitleri Mən Yandırmışam

Erich Kempka
8/10
2 Kişi
8
Okunma
3
Beğeni
620
Görüntülenme
Dünyanı qorxuya salan qanlı cəllad Adolf Hitler II Dünya Müharibəsində məğlubiyyətini dərk edərək, onu gözləyən qeyri-müəyyən və qorxulu aqibətdən xilas olmaq üçün, bəlkə də, utancından, vidan əzabından xilas olmaq üçün həyat yoldaşı ilə birlikdə bunkerlərin birində intihar edir. Bu barədə yüzlərlə versiya irəli sürülsə də, müharibədə məğlub olan faşizmin liderinin ölümü hələ də müzakirə mövzusudur. Onun intiharı və cəs-dinin yandırılması ilə bağlı bu gün də müxtəlif əfsanələr dolaşır, dünyanı qana çalxalayan Fürerin ölümü haqqında müxtəlif filmlər çəkilir, kitablar yazılır. Hitlerin həyatı və son günləri ilə bağlı ən maraqlı, eyni zamanda, müəyyən qədər ziddiyyətli və sensasiyalı olsa da, inandırıcı mənbələrdən biri də 1934-cü ildən Fürerin sürücüsü olmuş Erix Kempkanın xatirələridir. Kempka öz xatirələrində nə qədər ifrata varsa da, təhriflərə yol versə də, uzun müddət Hitlerin yaxınında olduğu üçün yazdıqları oxucularda böyük maraq oyadır.
Kitabın Konusu:
132 sayfa · İlk Yayın Tarihi: 1951
Reklam

Yorumlar ve İncelemeler

132 syf.
10/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
İntihara aparan " yol "
İlk növbədə onu qeyd etmək istəyirəm ki, kitab bu janrdakı digər kitablardan bir çox cəhəti ilə kəskin fərqlənir. Bunları bir neçə başlıq altında cəmləşdirmək olar. 1. Kitab Hitlerə bir nəfəs qədər yaxın olan insan tərəfindən qələmə alınıb. 2. Kitabda Hitlerin insani keyfiyyətləri dəyişdirilmədən, gizlədilmədən qeyd edilir. 3. Hadisələri
Hitleri Mən Yandırmışam
Hitleri Mən YandırmışamErich Kempka · Mücrü Nəşriyyatı · 20218 okunma
30 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.