Həzrət Eşq

İlqar Kamil

Quotes

See All
Haradan gəlmisən, haradasan və hara gedəcəksən? Bunlar insanın əsas sualları olacaqdı, bəs niyə olmadı? Hansı "oyun" qatdı başını, hansı "əyləncə" yumdu gözünü?
Reklam
İftarı gözləyərkən... Hər dilimi fərqli rəngdən ibarət olan bir pərpərə təsəvvür edin: məsələn, qırmızı, yaşıl, bəyaz və sarı. Pərpərəni elektrik cərəyanına qoşun və diqqətlə baxın. Elə ki pərpərə sürətlə fırlanmağa başladı, qəribədir ki, bütün rənglər itəcək, gözünüzə yalnız və yalnız bir rəng görünəcək - bəyaz! Elm tarixində Nyuton pərpərəsi adı ilə məşhur olan bu eksperimentin bizə demək istədiyi budur ki, sürət bir çox şeylərin qatilidir. Fəsilləri bir-birindən ayırmaq, rənglərin bütün çalarlarını dərindən duymaq istəyirsinizsə, dayanın və ....sevin
Gün gəlir, anlayırsan ki, bir addıma dəyməz şeylərin ardınca düz bir ömür qaçmısan...
Elə güclü olacaqsan ki, heç kim, heç nə sakitliyini poza bilməsin! İmam Əli (ə)
Şair demişdi axı, bəzən adam o qədər ağlayar ki, göz yaşları da düşər gözündən
Reklam
Hər axşam iftar süfrəsində oxuduğumuz duanın ilk cümləsinə baxın bir: "Allahummə ləkə sumtu..." - İlahi, Sənin üçün (!!!) oruc tutdum! Yəni, İlahi, oxumuşam, bilirəm, oruc tutmağın filan-filan faydaları var, fəlsəfəsi var, mənası var, hikməti var, dərin qatı var və sair və ilaxir...amma mən yalnız Sənin üçün, Sənin rizan, Sənin eşqin,Sənin istəyin, Sənin arzun... bir sözlə, Sən dedin, Sən əmr etdin deyə oruc tuturam, başqa söhbətlərlə də işim yoxdur.
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.