Həzrət Eşq

İlqar Kamil

Sözler ve Alıntılar

Tümünü Gör
İftarı gözləyərkən... Hər dilimi fərqli rəngdən ibarət olan bir pərpərə təsəvvür edin: məsələn, qırmızı, yaşıl, bəyaz və sarı. Pərpərəni elektrik cərəyanına qoşun və diqqətlə baxın. Elə ki pərpərə sürətlə fırlanmağa başladı, qəribədir ki, bütün rənglər itəcək, gözünüzə yalnız və yalnız bir rəng görünəcək - bəyaz! Elm tarixində Nyuton pərpərəsi adı ilə məşhur olan bu eksperimentin bizə demək istədiyi budur ki, sürət bir çox şeylərin qatilidir. Fəsilləri bir-birindən ayırmaq, rənglərin bütün çalarlarını dərindən duymaq istəyirsinizsə, dayanın və ....sevin
İlahi, quyudayam və Yusif deyiləm...
Reklam
Haradan gəlmisən, haradasan və hara gedəcəksən? Bunlar insanın əsas sualları olacaqdı, bəs niyə olmadı? Hansı "oyun" qatdı başını, hansı "əyləncə" yumdu gözünü?
Gün gəlir, anlayırsan ki, bir addıma dəyməz şeylərin ardınca düz bir ömür qaçmısan...
Şair demişdi axı, bəzən adam o qədər ağlayar ki, göz yaşları da düşər gözündən
Reklam
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.