İki Ateş Arasında (Kan İçinde)

·
Okunma
·
Beğeni
·
453
Gösterim
Adı:
İki Ateş Arasında
Alt başlık:
Kan İçinde
Baskı tarihi:
2013
Sayfa sayısı:
290
Format:
Karton kapak
ISBN:
139785868742040
Kitabın türü:
Orijinal adı:
İki Od Arasında
Dil:
Azerice
Ülke:
Türkiye
Yayınevi:
Hədəf
"Iki od arasında" (Qan içində) romanından:

Bir çobanın istəkli bir köpəyi var imiş. Çoban itinə göz dəyməsin deyə, bir dua yazdırmaq fikrinə düşür. O, avam tərəkəmə olduğu üçün bu hərəkətin caiz olmadığından xəbərsiz idi. Çoban özü ilə bir-iki qoyun götürüb şəhərə gəlir. Dərdini rast gələn bir şəhərliyə anladır; şəhərli bu adamın xam olduğunu duyub, onu ələ salmağa başlayır. Şəhərdə avam çöllünü ələ salmaq qayda olduğu üçün bu şəhərli çobanı meydandakı qəssabın yanına göndərir. Qəssab məsələni anlayır, çobanı Şeytanbazara, bir qənnadının yanına yollayır. Yazıq çoban bazarı dörd dolandıqdan sonra lotunun birisi ona Vaqifi nişan verir. Vaqif istehzanı anlayırsa da, özünü sındırmır; o saat götürüb bu misraları yazır:


Gözüm düşdü ətinə,
Dua yazdım itinə,
Bu sirri kim açsa,
Bu çobanın...


Abı və cod bir kağızda yazılmış bu “duanı” Vaqif qatlayıb çobana verir, deyir:
– Əskiyə tik, bir göz muncuğu ilə bərabər as itin boynundan. Çoban gedir. Günlərin bir günü İbrahim xan ova çıxmış imiş. Ovda yorulub bir obada düşərgə salır. Bir ağacın kölgəsində yemək yeyərkən ətrafa toplaşan itlərdən birinin boynundakı duanın fərqinə varır. Kəndlinin belə xilafşər iş tutduğuna heyrət edərək, duanı itin boynundan açdırıb oxuyur. Xan bir tərəfdən qəzəbə gəlir, o biri tərəfdən də için-için gülür. Şəhərə gələr-gəlməz eşik ağası Şahməmmədi hüzuruna çağırıb, dua yazanı tapmasını əmr edir. Şahməmməd çobanı Qalaya gətirdir, çoban da Vaqifi ələ verir. Xan divan otağına gəlir, qırmızı geymiş cəlladlar düzülür, Vaqifi gətirirlər.
Vaqif xanın qəzəbli sözlərini dinlədikdən sonra xoş bir səslə başladı:


Yüz iyirmi dörd min peyğəmbər keçdi,
Dünyadan kim getdi dərdi-vərəmsiz,
Hanı Nuşirəvan, təxti Süleyman?
Dövran belə keçdi, Cəmşidi, sənsiz.
Çox güvənmə qızılım var, pulum var,
Puç dünyada ulusum var, elim var.
Heç demirsən, ayrılıq var, ölüm var.
Neçə min söhbətlər qılıblar sənsiz,
Mətlubum istərəm şahi-heydərdən,
Sahibi-Zülfüqar, şahi-Qənbərdən,
Biçarə Vaqifi salma nəzərdən,
Qul xətasız olmaz, ağa kərəmsiz!
290 syf.
·5 günde·Puan vermedi
Qarabağ xanlığının tarixindən bəhs edən tarixi roman. Əsərdə İbrahimxəlil Xan və Molla Pənah Vaqif əsas obrazlardandır. Və onlar birlikdə Qarabağ xanlığını iki od arasında İran və Rusiya arasında ayaqda tutmağa çalışırlar. Real tarixi hadisələr əsasında yazılmış bir əsərdir. Yazıçı bu əsəri yazmaq üçün uzun müddət kitabxanlarda tədqiqat işi aparmış, bədii fırçası ilə tarixə rəng qatmış və oxuculara təqdim etmişdir. Əsərdə ən çox diqqətimi çəkən yazıçının insanın nə etsə mütləq qabağına çıxacağını göstərməsidir. Bunu istər Ağa Məhəmməd şah Qacar, istər Molla Pənah Vaqif, istərsə də Məmməd bəyin timsalında görmək olur. Ən sonda Molla Pənah Vaqifi öldürməyə aparanda oğlu Qasım deyirki, sən necə bu yoldan insanları keçirmisən indi də sən keçirsən. Yazıçı karmanın dönüb dolaşıb gəlib insanı tapa biləcəyini, etdiklərinin bədəlini ödəməyə məcbur olacağını göstərməyə çalışıb. Tarixi sevənlər üçün gözəl əsərdir.
290 syf.
·3 günde·Beğendi·10/10
Kitabi oxudum qurtardim kitab cox axici idi. Ama kitabin son sehifesinde ureyim agridi.heyata ,olanlara nifret ettim.bir seltenet ugruna bu qeder qan tokulermi?cox heyif bir birine dusmen kesilen kim,bir birinin arxasindan isler goren kim.Nadir sahin dovrunde ehali onsuzda zulm gorurdu Nadir öldu ehali ag gune cixacaq umid etdi ,lakin yenede edavet bitmedi.xanliqlar ,onlar arasinda mubarize ,Rus iranda el ceken deyil gözleri doyan deyil.En azindan dovlete etdiyi o qeder yaxsiliga gore.Ureyimde buruxluq yarandi. Ne qeder davam edecek 3 qaris torpaq ugrunda bir birini didmek?-bu gedisle hec vaxt!

Kitabın basım bilgileri

Adı:
İki Ateş Arasında
Alt başlık:
Kan İçinde
Baskı tarihi:
2013
Sayfa sayısı:
290
Format:
Karton kapak
ISBN:
139785868742040
Kitabın türü:
Orijinal adı:
İki Od Arasında
Dil:
Azerice
Ülke:
Türkiye
Yayınevi:
Hədəf
"Iki od arasında" (Qan içində) romanından:

Bir çobanın istəkli bir köpəyi var imiş. Çoban itinə göz dəyməsin deyə, bir dua yazdırmaq fikrinə düşür. O, avam tərəkəmə olduğu üçün bu hərəkətin caiz olmadığından xəbərsiz idi. Çoban özü ilə bir-iki qoyun götürüb şəhərə gəlir. Dərdini rast gələn bir şəhərliyə anladır; şəhərli bu adamın xam olduğunu duyub, onu ələ salmağa başlayır. Şəhərdə avam çöllünü ələ salmaq qayda olduğu üçün bu şəhərli çobanı meydandakı qəssabın yanına göndərir. Qəssab məsələni anlayır, çobanı Şeytanbazara, bir qənnadının yanına yollayır. Yazıq çoban bazarı dörd dolandıqdan sonra lotunun birisi ona Vaqifi nişan verir. Vaqif istehzanı anlayırsa da, özünü sındırmır; o saat götürüb bu misraları yazır:


Gözüm düşdü ətinə,
Dua yazdım itinə,
Bu sirri kim açsa,
Bu çobanın...


Abı və cod bir kağızda yazılmış bu “duanı” Vaqif qatlayıb çobana verir, deyir:
– Əskiyə tik, bir göz muncuğu ilə bərabər as itin boynundan. Çoban gedir. Günlərin bir günü İbrahim xan ova çıxmış imiş. Ovda yorulub bir obada düşərgə salır. Bir ağacın kölgəsində yemək yeyərkən ətrafa toplaşan itlərdən birinin boynundakı duanın fərqinə varır. Kəndlinin belə xilafşər iş tutduğuna heyrət edərək, duanı itin boynundan açdırıb oxuyur. Xan bir tərəfdən qəzəbə gəlir, o biri tərəfdən də için-için gülür. Şəhərə gələr-gəlməz eşik ağası Şahməmmədi hüzuruna çağırıb, dua yazanı tapmasını əmr edir. Şahməmməd çobanı Qalaya gətirdir, çoban da Vaqifi ələ verir. Xan divan otağına gəlir, qırmızı geymiş cəlladlar düzülür, Vaqifi gətirirlər.
Vaqif xanın qəzəbli sözlərini dinlədikdən sonra xoş bir səslə başladı:


Yüz iyirmi dörd min peyğəmbər keçdi,
Dünyadan kim getdi dərdi-vərəmsiz,
Hanı Nuşirəvan, təxti Süleyman?
Dövran belə keçdi, Cəmşidi, sənsiz.
Çox güvənmə qızılım var, pulum var,
Puç dünyada ulusum var, elim var.
Heç demirsən, ayrılıq var, ölüm var.
Neçə min söhbətlər qılıblar sənsiz,
Mətlubum istərəm şahi-heydərdən,
Sahibi-Zülfüqar, şahi-Qənbərdən,
Biçarə Vaqifi salma nəzərdən,
Qul xətasız olmaz, ağa kərəmsiz!

Kitabı okuyanlar 9 okur

  • Şəhla_R
  • Dilbər
  • qh_15
  • Guler Ismayilzade
  • Özal Sarızadə
  • İlahə Abasova
  • Günel Həsənova
  • Rasi
  • Zamin  Gizir

Kitap istatistikleri

Okur puanlamaları

10
%42.9 (3)
9
%28.6 (2)
8
%0
7
%14.3 (1)
6
%0
5
%14.3 (1)
4
%0
3
%0
2
%0
1
%0