Milli ədəbiyyatımızın tarixi roman janrında yazılmış ən axıcı əsərlərindən biri də "İki od arasında" əsəridir. Bu adla yazıçı xalqımızın, vətənimizin iki böyük qonşu dövlətin məngənəsində qaldığına, bundan ciddi ziyan çəkdiyinə işarə edir. Bu ifadə də əsərdə Vaqifin dilindən verilmişdir.
Qarabağ, onun timsalında bütöv Vətən, onun azadlığı, xalqımızın məişət həyatı, milli dəyərləri, adət-ənənələri əsərdə qırmızı xətlə keçir.
Əsərdə əsas şəxsiyyətlərdən olan Vaqif şair olmaqla yanaşı, bir siyasətçi kimi də səciyyələndirilmişdir.
Həmçinin əsərdə ən sevdiyim və mənə xoş gələn atalar sözlərimizin, deyimlərimizin, məsəllərimizin tez-tez və yerində işlədilməsi idi. Bu əsərə həm axıcılıq, həm də maraq verir.
Mütləq oxuyun.