Uzun zamandır oxuduğum,hətta məni reading slumpa salan,lakin,sonunu da bir o qədər bəyəndiyim bir kitab oldu. Son 100 səhifəsinə kimi məni heç cürə içinə çəkə bilməmişdi,10 səhifə oxuyub kənara qoyurdum. Çünki,hadisələr çox ləng irəliləyirdi,eyni zamanda cümlələrin bəzilərini anlamaqda çətinlik çəkirdim Bəlkə problem məndədir,bilmirəm, ancaq 462 yox, hadisələrin 250 səhifəyədə sığışdırmaq olardı deyə düşünürəm. Yenə də Fransız inqilabının təsviri,yoxsulluğun yaratdığı intiqam hissi,günahsız olsa belə sırf aristokratdır deyə qurban gedən bəzi məsum insanları və ən əsası da həyatında heç bir məna tapmayan amma sonda ən böyük fədakarlığı edib, bu vaxtacan ən gözəl yuxusuna gedən Sydney Cartonun hekayəsi kitabın ən təsirli yanlarından idi. Oxuduğuma peşman deyiləm, çətin olsa da böyük səbrlə sonacan oxunmalı vacib klassik əsərlərdən biridir.