Gölgelerin hekayəsi. Tanrının yazdığı, Fegel və Petranın irəlilədiyi bir yol.
İlk öncə qeyd edim ki, hekayə 3 kitablıq bir seriyanın sonuncusudur. Mövzusu fantastika kimi gəlsə belə, oxuduğunuz zaman içində sevgi, səbr, dostluq, bəzi zamanlarda Tanrıya inancla bağlı müxtəlif düşüncələr və fəlsəfə ilə qarşılaşacaqsınız.
Yazarın ideyasına, düşüncəsinə heyran qalmaqla bərabər, kitabı sevdirən ən önəmli səbəb; içərisində bir çox daha əvvəl adını belə eşitmədiyim insanların özlü sözlərinin olması, eyni zamanda Fegel, Petrarca və Marlo sayəsində bir çox kitab haqqında söhbət açılmasıdır. Hətta ən sevdiyim hissələr Fegel ilə Petra'nın kitab muzakirəsi etdiyi anlar oldu.