İlahi Komediya

Dante Alighieri

Sözler ve Alıntılar

Tümünü Gör
“Balığı at dəryaya, balıq bilməsə də, Xaliq bilər”
Bu günədək kədərlə, daşla ünsiyyət tapan Bu nankor, kinli xalqa min yaxşılıq da etsən, Yenə səni özünə düşmən sanacaq, inan.
Həmin bu üç meyldir insanları məhv edən: Səbirsizlik, qərəzlik və heyvani ehtiras!
Reklam
Soruşdum: "Müəllimim, bu adamlar, nədəndir Əzab çəkəndə belə eləyirlər şikayət?" "Söyləyərəm bu saat, — cavabımda o dindi, — Onlar ölmək istəyir, ölə bilmirlər fəqət, O qədər ağırdı ki, bu həyatın nəfəsi Başqa cəza onlara görünərdi səadət. Yer üzündə qalmayıb onların xatirəsi, Hakim də, mərhəmət də onlardan düşüb uzaq, Bax—keç, burda rəhmlə yada salma bir kəsi!"
Həmişə ürəklərə yol tapan yalan, riya Ziyan vurur həm qəlbdə etibarı olana, Həm etibar etməyib aldanan insanlara.
Təbiətdən alınıb insanın hər əməli, Hər əməl təbiəti təqlid edir əzəldən. Müqəddəs kitabdan da bilməlisən bunu sən, İnsanlara birinci çatdırıbdır təbiət Allahın bu sözünü: yaşa, yüksəl, çiçəklən.
Reklam
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.