İnsan zahir və batinində, həmçinin bütün işlərində Allahın istədiyi şəkildə davranarsa xalis bir qul olar. Übudiyyət (Allaha qul olub, ona itaətkar, tabe olmaq) çox uca bir məqamdır. Şəhadət kəliməsində "Əşhədu ənnə Muhəmmədən əbduhu və rəsuluhu" deməyimizin səbəbi budur. Əgər Peyğəmbərin (s.a.s) übudiyyəti olmasaydı risalət məqamına da çatmayacaqdı.