İngilis Pasiyent

Michael Ondaatje

İngilis Pasiyent Gönderileri

İngilis Pasiyent kitaplarını, İngilis Pasiyent sözleri ve alıntılarını, İngilis Pasiyent yazarlarını, İngilis Pasiyent yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Gözlərini yuman kimi Yaponiyadakı dəhşəti görürdü. Bir göz qırpımında hər şeyi, adamın saçını, dərisini yandıran oddan qurtulmaq üçün canını götürüb çaya atılan insanları... Parlaq gövdəli bombaları göyərtəsinə alıb dənizlə yaşıl arxipelaqın üstünə gələn, sonra o ağır yükü buraxan təyyarələri...
Yəqin ki, kitabdan başqa hər şeyi basdıracaqdılar. Pasiyentin cəsədini, ağları, paltarları, tüfəngi. O, tezliklə Hana ilə tək qalacaqdı. Bunların hamısının səbəbkarı radio idi. Qısa dalğalarla yayılan dəhşətli xəbər. Yeni müharibə xəbəri. Bir sivilizasiyanın məhv olması xəbəri.
Reklam
"İki bomba atıblar. Birini Hirosimaya, birini isə Naqasakiyə". ... Siz qara millətlərin başına bomba yağdıranda hamınız ingilis olursunuz. O vaxt bu vəhşiliyi Belçika kralı Leopold eləyirdi, indi isə amerikalı Harri Trumen. Nə fərqi var? Bunların hamısını ingilislərdən öyrənmisiniz.
Dağ yamaclarında gördüyü məsum katolik personajları kimi, o da yarıqaranlıqdır. Bəlkə, bu villanın özü də həmin tablolardan biridir. Müharibənin acı təsadüfü nəticəsində bir yerə düşmüş dörd nəfərin müxtəlif vəziyyətlərdə, pozalarda donmuş dörd tablosu.
396 syf.
9/10 puan verdi
·
Beğendi
·
33 günde okudu
Qeyri-adi xəyal dünyası, sehrli bir yuxu aləmi... ("Time")
Əsərdə İkinci Dünya müharibəsinin sonlarında İtaliyada tərk edilmiş San-Cirolamo villasında fərqli və keşməkeşli həyatlar yaşayan dörd şəxsin taleyini görürük, yarı gizli, yarı aşkar. Onlardan biri İngilis Pasiyentdir, kimliyi və nələr yaşadığı bir neçə aydır, heç kimə bəlli olmayan o sirli casus. Digər şəxs, kişilər arasında onlardan fərqlənməyən, bütün əzablara qatlanan tibb bacısı Hana. Sevdiyi insanları itirdikdən sonra özünü xəstə pasiyentinə həsr edir. Cəsarətinə və dözümlülüyünə heyran qaldım, həqiqətən də. Dörd şəxsdən bir digəri keçmiş oğru Karavaco. Hananın axtarışında olarkən bu ucsuz-bucaqsız ərazidəki yeganə villaya gəlib çıxır. Və hind əsilli minaaxtaran Kirpal Sinqh, qısacası, Kip. Təsadüfi şəkildə villaya gəlib çıxır və bu dörd şəxsin həyatlarının kəsişmə nöqtəsində qırıq-sökük xatirələr, iztirablar ani şimşək kimi kitaba işıq tutur, qaranlıq qalan məqamları işıqlandırır. İncə zövq və dərin zəka məhsulu olan bu əsərdəki gerçək məqamlar, elmi faktlar və yanaşmaların sizi özünə cəlb edəcəyini və axıcılığında itib-batacağınızı düşünürəm. Əsərdəki hadisələrin təsviri, keçmiş və indiki zamanlar arasında olan ani keçidlər mükəmməl idi. Əsərin sonlarında məni daha çox təsirləndirən məqamlardan biri də Xirosima faciəsinin təsvir edilməsi oldu ki, cümlələrin qüdrəti o anı anlatmağa yetirdi və artırdı. Həqiqətən də, çox bəyəndim. "Qızıl Buker" mükafatı boş-boşuna verilməmişdir, əlbət :) Əsəri oxumağınızı və bu həyəcan və maraq doğurucu anlara özünüzün şahid olmanızı tövsiyə edirəm. Kitabla qalın
İngilis Pasiyent
İngilis PasiyentMichael Ondaatje · Teaspress Nəşriyyatı · 0237 okunma
Reklam
877 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.