İnsan və İman

Murtaza Mutahhari

En Eski İnsan və İman Gönderileri

En Eski İnsan və İman kitaplarını, en eski İnsan və İman sözleri ve alıntılarını, en eski İnsan və İman yazarlarını, en eski İnsan və İman yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
64 syf.
10/10 puan verdi
Kiçik həcmli kitab olduğu üçün tez bir zamanda bitirdim. Mütəhhərinin insanlığın nicat yolları barədə yazdığı fəlsəfi bir əsərdir. Kiçik həcmli olmasına baxmayaraq böyük həcmli suallarıma cavab verdi. Mütləq oxunmalı kitablardandır.
İnsan və İman
İnsan və İmanMurtaza Mutahhari · Ülvi-Həyat Nəşriyyatı · 20105 okunma
Fikrin zəlalətə düçar olmasının başqa bir səbəbi insanların qəlblərinə nüfuz edən və onların fikirlərinə təsir edən tarixi və müasir şəxsiyyətlərə vurğunluqdur.Həqiqətdə belə şəxsiyyətlər insan fikrini və iradəsini işğal edir, insanlar da onlar kimi düşünür, onların verdikləri qərarlara tabe olur və bununla da onların qarşısında öz azad fikir və iradələrini itirmiş olurlar. Lakin Qur'ani-Kərim fikir azadlığına dəvət edir, dahi şəxsiyyətlərə kor-koranə təqlid etmənin böyük bir bədbəxtlik olduğuna işarə edir. Belə ki, Qur'ani-Kərim qiyamət günü zəlalətə düçar olmuş insanların dilindən buyurur: "Onlar deyəcəklər: "Ey Rəbbimiz! Biz ağalarımıza, böyüklərimizə itaət etdik, onlarsa bizi haqq yolundan azdırdılar!" [Əhzab:67]
Reklam
Hazırda bu məsələ psixoloji nəzərdən deyil, sosioloji baxımdan müzakirə olunur. Bu səbəbdən sualımız və diskusiyanın forması aşağıdakı şəkildə düzəlir; ictimai qurumlar arasında istehsal və istehsal defisinə bağlı olan iqtisadi qurum təməl və özül, digər sosial qurumlar –xüsusilə də insanın humanistliyini özündə cilvələndirən qurumlar –bütövlükdə
Bir sözlə elm dünyanı insanla, iman isə insanı özü ilə harmoniyalaşdırır.İnsanın elm və imana birgə ehtiyacı istər dini, istərsə də qeyri-dini mütəfəkkirlərin daima diqqət mərkəzində olmuşdur. “Əllamə Məhəmməd İqbal Lahuri” bu haqda yazır: “Bəşəriyyət hazırda üç şeyə ehtyiaclıdır: 1) Dünyanın ruhani izahı, 2) Fərdin ruhani azadlığı, 3) Və bəşər cəmiyyətinin təkamülünü ruhani varislə əlaqələndirəcək qlobal təsirə malik bir prinsip.
Hazırda hamıya bəllidir ki, xalis və quru elm dövrü başa çatmışdır və bu arada amal istiqamətində mənəvi bir boşluq cəmiyyətləri hədələyir. Bəziləri bu boşluğu yalnız xalis fəlsəfə ilə doldurmaq istəyirlər. Başqa bir dəstə isə ədəbiyyat, incəsənət və humanitar elmlərin ətəyindən yapışırlar.