İnsanın ətraf mühiti və digərləri ilə olan bağlarını ustaca açıqlayan kitab - İnsan ve “Herkes”
“Her kimsen o olmayı başar”
İnsan, onun bir ömürlük yoldaşı - “mən”i, digərləri, aid olduğu toplum, dünya və evrən. Böyük bir keçmişə və təcrübəyə sahib olan yazar bir mərkəzdən yola çıxaraq düşüncələrini paylaşır və olduqca oxunaqlı, aydın və lazımı şəkildə şərh edir. Yazarın istəyi bizim beynimizdə standart anlayışlar yaratmaq deyil, əksinə bizim dərk edərək özlüyümüzdə varlığımızı və ətrafımızı anlamağımıza başlanğıc düşüncə yaratmaqdır. Ən sadə formasından, yəni insanın özündən başlayan həyat macərasının bütün addımlarını bizə göstərən yazar, təkcə fəlsəfi baxımdan deyil, həm də sosioloji, bioloji, iqtisadi, siyasi baxımdan da insanın rolunu müəyyən etməyə çalışır.
“Yaşamak, bir ortamın çaresiz tutsağı olmaktır.”
Elə isə “tutsaq” olduğumuz bu mühiti bizə tanıdacaq bir aynayla qarşı-qarşı oturmaq və söhbət etmək istəyənlər varsa, onlar üçün maraqlı bir kitab olacağını düşünürəm.