İlk öncə müəllifin həyatına qısaca nəzər saldıqda onun gənc yaşlarında yaşadığı çətinlikləri, ətrafdakı hadisələri fərqli duyğu və baxış bucağı ilə müşahidə edərək bu əsəri yazdığını görürük. Bu əsər İnsanların üzünə həyatın bütün faktlarını, bir sözlə, xəstəlik, yoxsulluq, varlıların statusu, o dövrdəki nüfuzu kimi məsələlərin maddi tərəflərini əks etdirən bir kitabdır. İnsancıklar əsəri Azərbaycanca tərcümədə " yoxsul insanlar" kimi tərcümə olunur. Yoxsulluq mövzusu bütün romanda üstünlük təşkil edir. Varvara ilə Makarın söhbətlərində yoxsulluğun həyatda nə kimi problemlər gətirdiyini danışır.
Dostoyevski burada sevginin ən saf formasını kağıza köçürüb. Həmçinin həyatın gətirdiyi xarici amillər də problemlər yaradırdı. Birinci misal Makarın yaşlı, Varvaranın isə gənc olmasıdır. Digəri isə odur ki, evləri yaxın olsa da, nadir hallarda görüşürlər və buna səbəb də insanların dedi-qoduya səbəb olan fikirləridir.
Onlar məktublaşaraq öz sevinclərini, kədərlərini, düşüncələrini bölüşürdülər.
Kitabı oxuduqca onların bu səfalət içərisində bir-birlərinə kömək etmələrinə heyrətləndim. Əvvəlcə bu ikisinin bir-birinə aşiq olduğunu düşündüm, amma düşündüyüm kimi olmadı. Sonu məni çox təəccübləndirdi. Bəlkə də buna görə Dostoyevskinin kitabları çox oxunur. Kitabı belə gec oxumasaydım daha yaxşı olardı, amma gec-tez onun kitabxanamda olmasına sevinirəm.
"Ben öleceğim Varvara, hemen öleceğim! Benim kalbim kaldırmaz böyle mutsuzluğu ben sizi tanrının günışığı gibi sevdim."