Vüqar Bayramlının -İntihar sürprizi detektivini oxuyub bitirdim. Kitab axıcıdır, dili sadədir.
Əslində yorğun beynimə fasilə vermək istəmişdim. Kitab götürmədiyim günlərdən birində yolüstü Rebusdan almışdım. Ürəyim getdi deyə bilməyəcəm amma detektiv sevənlər beyin gimnastikası üçün oxuya bilər. Uzun müddət kitab oxumayan və ya oxumağa yeni başlayanlar üçün maraqlı seçim ola bilər.
***
Generalın təkbaşına böyütdüyü bloger qızı səhər tezdən atasına günün sonuna qədər ona əla bir sürpriz edəcəyini bildirir, günorta isə qızın ölüm xəbəri gəlir. Qızın ölümünü araşdıran bütün istintaq qrupları bu ölümün intihar olduğunu təsdiqləyir. Qızın ölümündən qabaq yazdığı intihar məktubu və öz ölümünü anbaan qeyd etdiyi videoda intihar vidası var. Atanın isə bu ölümün intihar olduğuna inanmamağa əsasları var. Qızın ölümünü araşdırmaq üçün dəvət olunmuş detektivin hərəkətləri və işinə biganə yanaşması istintaqı aparan nazirliyin məsul şəxsinin səbir kasasını doldurur...
Cinayət, intihar , yoxsa ehtiyatsızlıq?
İnsanlıq xarakter və cəsarətlə ölçülür.Xaraktersiz insan həyata ölü doğulur.
Çirklənmiş bədəni təmizləmək olardı, çirklənmiş ruhu təmizləmək isə olduqca çətin, hətta mümkünsüz idi..
Kitabla qalın , əziz dostlar.Xoş mütaliələr hər kəsə