Kitaba başlayıb ikinci hekayənin bir hissəsini oxuyana qədər kitabı bir roman zənn edirdim. Əslində kitab bir-birindən ayrı 9 hekayədən ibarətdi. İlk hekayə(düşteki ev) mənasız gəldi mənə . Daha doğrusu sanki yarım qalmışdı. Kitaba adını verən hekayə ən bəyəndiyim oldu. Digər hekayələr də çox ahım-şahım deyildi. Agatha Christie dedikdə dedektif,polisiye ağla gəlir . Düzdü, kitabda bunlar da var. Amma sırf qatil kimdi? Deməyinizə səbəb olub ,sizi növbəti səhifə üçün həyəcanladıracaq bir kitab deyil. Kiçik həcmli dedektiflərdi. İlk və sonuncu hekayə isə ,məncə, ümumiyyətlə dedektif deyil. Qısa olduqları üçün hekayənin içinə girməmiş baxırsız ki, sonuncu cümlə gözünüzün önündən keçib gedir. Sırf oxuma listimdə olduğu və qısa olduğu üçün bitirdim.
Yenə də xoş mütaliələr