İsmayıl Şıxlı - Seçilmiş əsərləri - I cild

İsmail Şıhlı

En Beğenilen İsmayıl Şıxlı - Seçilmiş əsərləri - I cild Gönderileri

En Beğenilen İsmayıl Şıxlı - Seçilmiş əsərləri - I cild kitaplarını, en beğenilen İsmayıl Şıxlı - Seçilmiş əsərləri - I cild sözleri ve alıntılarını, en beğenilen İsmayıl Şıxlı - Seçilmiş əsərləri - I cild yazarlarını, en beğenilen İsmayıl Şıxlı - Seçilmiş əsərləri - I cild yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Xəstə cəmiyyətin yaraları göynəyir, əzab-əziyyət verir və nəhayət, yetişir, bədəndə olan çiban kimi. O çibanların deşilmə mərhələsi gəlib çatır. Kim cəmiyyətin bu vəziyyətə düşməsini əvvəlcədən görürsə və neştəri götürüb hamıdan əvvəl yaranı kəsirsə, dahiyə çevrilir. Yenə deyirəm, əslində, cəmiyyət özü dəyişir, təzələnmək istəyir. Dahilər isə qabağa düşüb bu işi sürətləndirirlər.
«İnsanın həyatında çox qəribə, ağlagəlməz hallar olur. Bəzən bir adamla iki il, üç il bir yerdə yaşayırsan, hər gün görüşürsən, lakin ona əhəmiyyət vermirsən, onun varlığını belə hiss etmirsən. Bəzən təsadüfi, ötəri bir görüş ömrün boyu yadından çıxmır.» -Ayrılan Yollar
Reklam
Ölən Dünyam
Bəşər övladı qəribədir. Yaratdıqlarını məhv edir .
Sayfa 317Kitabı okudu
408 syf.
9/10 puan verdi
·
Beğendi
·
30 saatte okudu
Ölən dünyam (Spoiler) "Ölən dünyam" romanı çox dəqiq tapılmış və böyük ustalıqla qələmə alınmış simvolik bir sonluqla bitir. Əsərin qəhrəmanlarından biri, obasından didərgin düşmüş Həsən ağa uzun illərin ayrılığından sonra dönüb yurduna qayıdır, çinar ağacının altında oturub kürəyini onun gövdəsinə söykəyir və gözlarini yumub bir zamanlar öz əli ilə əkdiyi bu əzəmətli ağacın rişələri ilə əbədi olaraq doğma torpağına qovuşur. Çox təsirli səhnədir, amma burda bir təskinlik işartısı, bir ümid rüşeymi var, torpağa qovuşmaq əbədiyyata qovuşmaqdir. Torpağsa əbədidir. Ən güclü tufanlar, qasırğalar belə toz-tozanaq qaldırsa da, torpağın üstüdəkiləri uçurub dağıtsa da torpaq yerində qalır. Kanardan gətirilmiş zorakı inqilablar da elədir-saysiz-hesabsiz insan ölümü , müsibətlər , faciəlar hesabına cəmiyyətdə xırda-para nələri isə dəyişə bilsə də, xalq mənəviyyatını, xalq ruhunu tamam hv edə bilmir. Be olmasaydı, adət-ənənələrimiz, dilimiz, basqa milli dəyərlərimiz bu günə kimi yaşamazdi. "Ölən dünyam'' romanını oxuyub qurtardıqdan sonra, istər-istəməz, məhz bu sayaq düşüncələrə qapılırsan... İntiqam Qasımzadə (Ön söz)
İsmayıl Şıxlı - Seçilmiş əsərləri - I cild
İsmayıl Şıxlı - Seçilmiş əsərləri - I cildİsmail Şıhlı · Şərq-Qərb Nəşriyyatı · 200563 okunma
Unudurlar ki, hər quşun öz uçuşu var;ata körpəsini pərvazlandırıb uçurtduqdan sonra onun qanadını bağlaya bilməz.
Sayfa 203Kitabı okudu
408 syf.
9/10 puan verdi
·
3 günde okudu
Öləm Dünyam
Ölən Dünyam əsəri qədər məni təsirləndirən az əsər olmuşdu. Ümumiyyətlə İsmayıl Şıxlının dili o qədər gözəl və axıcı idi ki, birdəfəyə oxuyub qurtarmaq olurdu . Həm Ayrılan Yollar, həm də Ölən Dünyam çox gözəl və təsirli əsərlər idi.
İsmayıl Şıxlı - Seçilmiş əsərləri - I cild
İsmayıl Şıxlı - Seçilmiş əsərləri - I cildİsmail Şıhlı · Şərq-Qərb Nəşriyyatı · 200563 okunma
19 öğeden 11 ile 19 arasındakiler gösteriliyor.