Fransız rəssam Claude Monet (1840 - 1926).
Uşaq vaxtı dərslər rəssama çox sıxıcı gəldiyi üçün dəftərinə müəllimlərinin əcaib şəkillərini çəkərmiş. Və beləliklə karikatura ilə rəssamlığa başlayıb.
Mənim ən sevdiyim rəsmi "The Atrist's Garden at Vétheuil" ("Rəssamın Vétheuil'dəki baxçası") rəsmidir. Burada öz həyətini və uşaqlarını çəkib.
"Water Lilies" ("Su zanbaqları") rəsmləri isə rəssamın məşhur əsərlərindəndir.
Bir dəfə rəssam meşədə qovaq ağaclarını çəkəndə öyrənir ki, ağaclar kəsiləcəkmiş. Hərracda ən yüksək məbləği ödəyib ağacları alır və rəsm bitdikdən sonra satır yenidən.