...necə də daşürəklisən! Unutmağa çalışdığım şeyləri xatırladırsan.
- Əsla, Maryǝm, bunu unutmaq lazım deyil. Niyə? Vaxtilə kim olduğunu qoy başqaları unutsun, sənsə xatırla, Bu, sənə deyil, başqalarına lazımdır.
- Axı bu, günahdır.
- Qoy ǝli hələ günaha batmayanlar qorxsun. Günahkar olan niyə qorxsun ki? Dirilər ölüm qarşısında tir-tir əsər. Heç ölünün qorxduğunu görmüsən? Ölünün işi dirini və onun qorxusunu ələ salmaqdır