Əvvəlcə onu deyim ki, kitab ümumi olaraq idaretmə ilə bağlıdır amma mövzu olaraq biraz qarışıqdır. Kitabda həm yapon şirkət sahiblərinin idarəetmə bacararıqlarından, keyfiyyət dairələrindən, həm Yaponiyada tarix boyu yaranan və inkişaf edən dinlərdən (konfusiçilik, buddizm, zen buddizm, şintoizm və s.), həm də tarixi döyüş sənətlərindən (karate, aikido, cüdo, kendo və s., həmçinin samuray və ninjalar) bəhs olunur. Müəyyən bir hissədə isə bütün bunlar şirkət idarəetmə sisteminə inteqrasiya edilir.
Mən ən çox dinlərlə bağlı olan bölümü sevdim.