En Eski Jennie Gerhardt kitaplarını, en eski Jennie Gerhardt sözleri ve alıntılarını, en eski Jennie Gerhardt yazarlarını, en eski Jennie Gerhardt yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Bu təkəbbürlük və acgözlük dünyası idealistə, xəyalpərvərə çəp baxır. Xəyalpərvər süzüb keçən buludların seyrinə dalsa, onu avaraçılıqla məzəmmət edərlər. O, küləklərin mahnısına qulaq assa, bunlar onun könlünü açar, ətrafdakılar isə bu zaman onun əmlakını ələ keçirməyə tələsərlər. Əgər cansız adlandırılan bütün aləm onu cəlb edərək canlı və idraklı görünəcək qədər incə və valehedici səslərlə onu çağırmış olursa, xəyalpərvər kortəbii qüvvələrin pəncəsində məhv olur.