Jennie Gerhardt

Theodore Dreiser

Sözler ve Alıntılar

Tümünü Gör
Biz sarsılırıq,qorxuruq,sonra sanki yenə əvvəlki həyat tərzinə qayıdırıq,dəyişiklik artıq baş vermişdir.Biz daha heç yerdə və heç vaxt əvvəlki kimi olmayacağıq
"Mənim əzizim,həyat mübarizədir. Bir şey əldə etmək istəyirsənsə,onun yolunda döyüşməlisən"
Reklam
"Xeyirxahlıq hamıya və hər kəsə məmnuniyyətlə,sevinclə xidmət etməyə hazır olan alicənablıqdır.Lakin cəmiyyət bu keyfiyyəti o qədər də qiymətləndirmir. Özünüzü ucuz qiymətləndirin- o zaman sizə etinasız yanaşacaq,sizi saymayacaq, ayaq altında tapdalayacaq. Xidmətinizə görə olmasa da, özünüzü yüksək qiymətləndirin,-o zaman sizə hörmət edəcəklər"
"Təbiət-alicənablıqdır. Külək və ulduzlar sənin dostlarındır. Sən ancaq mərhəmətli və həssas ol-o zaman bu böyük həqiqəti dərk edəssən. Bəlkə də bu həqiqət sənə hazır düsturlar şəkilində deyil, nəticə etibarı ilə idrakın mahiyyətini təşkil edən sevinc və rahatlıq duyğusu ilə gəlib çatacaqdır. Rahatlıqla müdriklik qazanırsan"
Bu təkəbbürlük və acgözlük dünyası idealistə, xəyalpərvərə çəp baxır. Xəyalpərvər süzüb keçən buludların seyrinə dalsa, onu avaraçılıqla məzəmmət edərlər. O, küləklərin mahnısına qulaq assa, bunlar onun könlünü açar, ətrafdakılar isə bu zaman onun əmlakını ələ keçirməyə tələsərlər. Əgər cansız adlandırılan bütün aləm onu cəlb edərək canlı və idraklı görünəcək qədər incə və valehedici səslərlə onu çağırmış olursa, xəyalpərvər kortəbii qüvvələrin pəncəsində məhv olur.
Sayfa 18 - Kitab KlubuKitabı okudu
Reklam
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.