El kesme
"Bir savaş öncesi bir Touschine lideri yanında üç oğlu ile Rus kuvvetlerinin içinde ilerliyordu. Bir an büyük oğlunun yaralandığını fark etti. Onu çok seviyordu ama savaş alanında hiç bir şekilde zayıflık belirtisi gösteremezdi. Ama gerçekte kalbi çok yaralanmıştı. Babanın adı Chette idi. Muhtemelen Müslümanların "Şeytan"
Sayfa 374Kitabı okudu
"Azərbaycanda, eləcə də bütün Qafqazda hər hansı bir qapını döyüb desəniz ki, mən əcnəbiyəm, gecələməyə yerim yoxdur, ev sahibi o saat ən böyük otağını sizə verəcəkdir. Özü isə ailəsi ilə kiçik otaqda yerləşəcək. Üstəlik, onun evində qaldığınız, deyək ki, bir həftə, iki həftə, bir ay müddətində sizə qayğı göstərəcək, korluq çəkməyə qoymayacaq. Siz çıxıb gedəndə isə qapının ağzında dayanıb deyəcək: "Lütfən bir gün də qalıb bizi şad edin, sabah gedərsiniz."
Sayfa 24 - 25 Qanun Nəşriyyatı & Əli və Nino nəşriyyatı
Reklam
"İnsan oğlu həmişə çətinliklərə sinə gərir, onun üzərində zəfər çalır."
Sayfa 13 - Qanun Nəşriyyatı & Əli və Nino nəşriyyatı
"Adam öz xoşbəxtliyini necə də asanlıqla təhlükə altında qoya bilərmiş!"
Sayfa 29 - Qanun Nəşriyyatı & Əli və Nino nəşriyyatı
"Biz gözəlliklər ölkəsinə daxil olmuşduq. Odur ki, hər addımbaşı faytonu saxlayıb bu əfsunedici mənzərələri seyr etməli olurduq."
Sayfa 11 - Qanun Nəşriyyatı & Əli və Nino nəşriyyatı
- Burada isə bir onu deyə bilərəm ki, bu ən gözəl romantik hekayədir. - Çox gözəl. Mən bunun haqqında bir əsər yazaram. - Yəni güman edirsiniz ki, parisli oxucuları bir avar xan qızının və ya bir azərbaycanlı bəyin məhəbbəti maraqlandıracaq? - Niyə də yox? "Ürək elə bütün dünyada ürəkdir."
Sayfa 16 - Qanun Nəşriyyatı & Əli və Nino nəşriyyatı
Reklam
O, iyirmi yaşlı sevən gözəli Budaqdan qoparmaq çox asan idi. İnsan udan torpaq, sıxma o gülü, O, zərif, çox qəşəng bir insan idi.
Sayfa 31 - Qanun Nəşriyyatı & Əli və Nino nəşriyyatı
"A.Düma göstərir ki, elə xalqlar var ki, öz əli ilə imza qoyduğu, möhür vurduğu sənəddən də boyun qaçırır. Onlarla (Azərbaycanlılarla) bir şey barədə sövdələşəndə sənəd, imza, möhür tələb etmək lazım deyil. Azərbaycanlı verdiyi sözdən heç vaxt dönməz."
Sayfa 7 - Qanun Nəşriyyatı & Əli və Nino nəşriyyatı
"Eşidin və yadınızda saxlayın: Azərbaycanda, eləcə də bütün Qafqazda hər hansı bir qapını döyüb desəniz ki, mən əcnəbiyəm, gecələməyə yerim yoxdur, ev sahibi o saat ən böyük otağını sizə verəcəkdir. Özü isə ailəsi ilə kiçik otaqda yerləşəcək. Üstəlik, onun evində qaldığınız, deyək ki, bir həftə, iki həftə, bir ay müddətində sizə qayğı göstərəcək korluq çəkməyə qoymayacaq. Siz çıxıb gedəndə isə qapının ağzında dayanıb deyəcək: "Bir gün də qalıb bizi șad edin, sabah gedərsiniz."
A.Düma göstərir ki, elə xalqlar var ki, öz əli ilə imza qoyduğu, möhür vurduğu sənəddən də boyun qaçırır. Azərbaycanlılarda isə kişi sözü var. Onlarla bir șey barədə sövdələşəndə sənəd, imza, möhür tələb etmək lazım deyil. Azərbaycanlı verdiyi sözdən heç vaxt dönməz.
Reklam
"Mən sizdən soruşuram: bu qoca Qafqazın sakinləri necə olmalıydı? Əgər Skandinaviyanın daşlı-kəsəkli çölləri millətlər yığınağı adlandırılırsa onda niyə də Qafqaz bəşəriyyətin beşiyi adlandırılmasın? Bu dağların qoynunda dünyanın ilk insanları gəzmişlər."
Sayfa 42 - Qanun, 2014Kitabı okudu
Bədbəxtlikdən ləzgilər müsəlmandır və buna görə də qəzavü-qədərə, taleyə inanırlar. Sizin fikrinizcə, kəsilmiş bir baş bu cür taleyə inanan adamlara necə təsir göstərə bilər?
"Bəli, Xəzər mənim çox çətinliklə qazandığım yeni dostum idi. Biz bir aya yaxın vaxtı birgə keçirmişdik. Mənə ancaq onun fırtına və tufanlarından danışmışdılar. O isə əksinə, məni öz təbəssümləri ilə qarşıladı. Ancaq tək bircə dəfə Dərbənddə işvəkarcasına qaşlarını oynadan gözəl kimi geniş sinəsini qabardaraq, üzünü bozartdı. Lakin ertəsi gün o daha gözəl, daha cazibədar, daha sakit, daha şəffaf və daha təmiz, aydın olmuşdu. Səni çox az şairlər görə bilmişdir, ey sirli, sehrli dəniz!"
Sayfa 98 - Qanun, 2014Kitabı okudu
"Rəisin gözəl ailəsi vardı. Onun arvadı, qızı və bacısı bizi salamladılar. Onlar hamısı fransızca danışırdı. Təsəvvür edin, burada - Xəzər dənizi sahilində bir ailənin bütün üzvləri fransızca danışır."
Sayfa 27 - Qanun nəşriyyatı, 2014, Aleksandr DümaKitabı okudu
"Əziz polkovnik, təəccüblü də olsa, bizi müşayiət edən azərbaycanlılardan biri nəql edirdi ki, keçmişdə hər hansı bir yeni xəbəri bir dənizdən digərinə çatdırmaq üçün altı saat kifayət edirmiş. Bu gün bizim ağlımıza gətirə bilmədiyimiz əlaqə vasitələri keçmişdə mövcud olmuşdurmu? (Məktub 1832-ci ildə yazılmışdır. O vaxt hələ teleqraf icad olunmamışdı). Qədim xalqların və ya qədim dövlətlərin qeyri adi gücə, qüvvəyə, qüdrətə malik olması bu gün bizi təəccübləndirirsə, deməli, belə əlaqə vasitələri varmış. Onlar bizi - müasir cılız insanları həm əqli, həm də işgörmə qabiliyyətləri ilə təəccübləndirirlər."
Sayfa 42 - Qanun, 2014Kitabı okudu
Resim