Kitabın adı və tanıtımını bəyənmişdim deyə, almağa qərar vermişdim. Çox maraqlı və axıcı bir kitabdır. Yazıçı sanki səninlə "dərdləşirmiş" kimi bir hissiyatı ötürür oxucuya. Diqqət cəlb edən məlumatlar bir xeylidir. Xüsusilə "Sabetayistlər" haqqında ilk dəfə məlumatlandım. Ancaq bir şeyi qeyd etməliyəm ki, yazarın Şah İsmayıl haqqında düşüncələri məni bir Azərbaycan türkü kimi təəssüfləndirdi. Düzdür, Çaldıran savaşı qardaş qırğını, xarici təsirlərin oyunu nəticəsində baş vermiş ola bilər, ancaq İsmayılın bir tiran kimi qələmə alınmağı xoş deyildir. Tarix araşdırılarkən gərək ki, bütün mənbələr araşdırılsın və ona nəzərən istinad edilsin.
Bir başqa nüans da Mustafa Kamal Atatürk haqqında yazılan məlumatlardır ki, o da bu kitabı oxuduqdan sonra oxucu buna uyğun başqa bir kitabı oxumalı, araşdırmalıdır. Çünki yazılanlar bir xeyli maraqlıdır.