Sözler ve Alıntılar

Tümünü Gör
Adamların hamısı fikirləşir ki, həyat çox müşkül şeydir. Elədir ki, var, çünki onu elə insanların özü müşkülləşdirir. Həyat isə öz-özlüyündə qətiyyən qəliz deyil, əksinə təəccüblü dərəcədə sadədir. Amma onlar, görünür, bunu heç vaxt dərk etməyəcəklər. Onlar anlamırlar ki, ən yaxşısı hər şeyi elə necə varsa, eləcə də qoymaqdır. Onlar heç cür həyatın yaxasından əl çəkmək, onun müxtəlif, qəribə məqsədlərinə tabe etmək fikrindən vaz keçmək istəmirlər. Və bununla yanaşı həm də deyirlər ki, sadəcə yaşamaq, nəfəs almaq özü artıq bir nemətdir!
Bəlkə məhəbbət elə müəyyən məzmubu olmayan, avazla oxuduğundan sadəcə qulağa xoş gələn qəşəng şeirlərdir?
Reklam
Məhəbbət ölə bilir.O öləndə,çürüməyə,dağılmağa başlayaraq yeni bir məhəbbət üçün münbit zəmin yarada bilər.Onda ölü məhəbbət özünün gözəgörünməz həyatını diri məhəbbətin içində sürür və bu o deməkdir ki,əslində məhəbbət ölmür
Sayfa 19 - QanunnəsriyyatKitabı okudu
Xalq öz hökmdarına görə intiqam almır,niyə də alsın ki.Xalq bütün hökmdarların əyyamında eyni dərəcədə pis yaşayır və həmişə özünə əzab verənlərin lap birindən də olsa canını qurtaranda,sevinir
Sayfa 136 - Qanun nəsriyyat,KarlikKitabı okudu
Əgər kütlənin qışqırdığı şeylər barədə fikirləşsən, işin-peşən ona yarınmaq olacaq
Əxlaqsız həyat yaşayan və kilsələri müqəddəslərin gözəl şəkilləri ilə dolduran rəssamlar.
Sayfa 10 - Qanun nəsriyyat,KarlikKitabı okudu
Reklam
Bizi heç vaxt göylərə qaldıra bilməyəcək qanadların nə faydası var? Onlar yükümüzü azaltmaq əvəzinə yalnız əlavə narahatlıq yaradır. Biz qanadlarımıza görə rahat ola bilmirik. Biz onları dalımızca sürüyürük. Və nəhayətdə, onlara nifrət etməyə başlayırıq. Və ovçu öz qəddar əyləncəsindən bezib başımıza qapaq taxaraq, bizi zülmətə qərq edəndə bir yüngüllük duyuruq.
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.