Keçmişə Yaxın Yer

Rafiq Tağı

Yorumlar ve İncelemeler

Tümünü Gör
271 syf.
9/10 puan verdi
·
Beğendi
·
16 günde okudu
Rafiq Tağı 2006 -cı ildə yayımlanan " Avropa və biz" adlı yazısından sonra 3 il müddetində həbs edilmişdi. Yazıda İslamı ve onun daşıdığı dəyərləri Azerbaycan xalqının geridə qalmasına esas səbəb olaraq göstərirdi. İslam haqqında fikirlərinə göre yazıçı haqqında ölüm fitvası verilmişti ve 2011- ci ildə bıçaqlanaraq öldürüldü. Qatili hələ də tapılmayıb. Rafiq Tağını bu hadisələrə görə tanıyırdım, ancaq son dövrdə onun iki hekayə kitabı ilə tanış oldum. Gözlədiyimdən olduqca təsirli və yaxşı hekayələr oxudum. Hekayələri əsasən Sovet dövrünün sonlarına, müstəqilliyin ilk illərinə ve XX əsrin son illərinə aiddir. Ki bu dövrlər Azərbaycan xalqı üçün çətin, ağır ve bir o qədər də rəngli və maraqlı illər olmuşdur. Yazıçının bu illərdə baş verən hadisələri sadə insanın baxışı, düşüncəsi və yaşayışı ilə çatdırması xüsusi zövq verdi. Bir çoxumuzun valideynlərinin deə gənclik illərinə də təsadüf edən dövrdə insanların necə sevməsi, münasibətləri, həyata baxışı, düşüncəsini öyrənmək olduqca maraqlı idi. Rayondan Bakıya, Bakıdan Moskovaya və yaxud əksi istiqamətdə köçən, gələn insanların gözündən oradakı mühitin təsviri də mükəmmə idi. Bir sözlə oxuyarkən qarışıq hissləri birlikdə keçirdim. Fürsət düşsə mütləq oxuyun.
Keçmişə Yaxın Yer
Keçmişə Yaxın YerRafiq Tağı · Alatoran Yayınları · 20148 okunma
Reklam
271 syf.
10/10 puan verdi
·
Beğendi
"İlahi, varsansa çox şükür, yoxsansa eybi yox"
Rafiq Tağı 1950-ci ildə Masallı rayonunda anadan olub. İxtisasca həkim-kardioloq olan Rafiq Tağı həkimliklə bərabər ictimai rezonans doğuran, ciddi polemikaya səbəb olan yazılar da yazıb. Yazıçının qələmindən 500-dən artıq hekayə çıxıb, bu kitab Rafiq Tağının 1991-ci ildə kiril əlifbasıyla nəşr olunmuş "Pozitiv. Neqativ." hekayələr kitabının latın əlifbasıyla 2-ci nəşridir. Rafiq Tağı yaradıcılığından oxuduğum "Keçmişə yaxın yer" kitabında 47 hekayə yer alır. Yazılarına görə həbs həyatı yaşayan, təzyiqlərə məruz qalan, 2006-cı ildə nəşr olunan "Avropa və biz" məqaləsindən sonra iranlı ayətullah Fazil Lənkərani tərəfindən haqqında ölüm fətvası verilib. 2011-ci il noyabrın 19-da naməlum şəxslər onu evinin qarşısında bıçaqlayıb. Bir neçə bıçaq zərbəsi alan Rafiq Tağı əməliyyat olunsa da onun həyatını xilas etmək mümkün olmayıb, noyabrın 23-də vəfat edib.
Keçmişə Yaxın Yer
Keçmişə Yaxın YerRafiq Tağı · Alatoran Yayınları · 20148 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.