Kelile ve Dimne

Beydeba

Kelile ve Dimne Posts

You can find Kelile ve Dimne books, Kelile ve Dimne quotes and quotes, Kelile ve Dimne authors, Kelile ve Dimne reviews and reviews on 1000Kitap.
Ayıq insan və xam insan
İnsanlar iki növdür: ayıq və xam. Ayıq insanlar da iki növdür: Onlardan biri təhlükə baş verməmişdən əvvəl onun nəticəsini görər, başqalarının sonra başa düşə biləcəklərini o, işin başlanğıcında düzgün təyin edər və axırda lazım olacaq tədbiri əvvəlcədən görər. İkinci növ ayıq insan ona deyərlər ki, fəlakət baş verdikdə özünü itirməsin, dəhşət və qorxuya düşməyib vəziyyətdən qurtarmaq üçün yol tapa bilsin. Xam və aciz insana gəldikdə isə o, mütərəddid, cəsarətsiz, tez-tez fikrini dəyişən olar; bir hadisə baş verdikdə özünü itirib əl-ayağa düşər. Xoşbəxtlik, səadət əldə etmək bacarığından məhrum olduğundan ah və nalə edə-edə özünü ora-bura vurar.
Zülm qılıncı işlədən, həmin qılıncla da məhv olar.
Kim sitəm qılıncı qaldırsa əgər, Həmin qılıncla da məhv olub gedər.
Reklam
Görünüş bəzən aldadıcıdır...
Qüvvətli fırtınalar yoğun ağacları kökündən qopardıqları halda, nazik otlara toxunmazlar.
Atalar demişlər ki...
Çox danışmaq əqlin azlığına, yalan danışmaq iradənin süstlüyünə, səsin yoğunluğu isə qüvvətin zəifliyinə dəlalət edər. Hər səsi gur, bədəni böyük pəhləvan olmaz.
İnsan verdiyi faydaya görə dəyər görər.
Siçan insanla bir evdə yaşayar, lakin zərərverici olduğu üçün onu öldürməyə çalışıb evdən qovarlar. Qızılquş isə dağlarda, səhralarda vəhşi halda yaşasa da, fayda verdiyi üçün, onu böyük həvəslə tutub əhliləşdirər və ona tərbiyə verərlər.
İşi əhlinə vermək...
Rəiyyətin, padşah qarşısındakı haqlarından biri də odur ki, padşah hər kəsə əqlinə, dərrakəsinə, sədaqətinə və bacarığına görə vəzifə verə və işi tərsinə etməyə, yəni, bacarıqsız və ləyaqətsiz adamları istedadlı və qabiliyyətli adamlardan üstün tutmaya.
Reklam
Çünkü güzel bir şeyin özlemini çekmek; hiçbir zaman, uğranılan bir zarar ve beladan dolayı duyulan pişmanlık kadar insanı etkilemez.
Sayfa 21
Faydalı olmaq, işə yaramaq...
Bir çiçək olmağı bacarmasaq da, Yararıq odun tək yanaq ocaqda...
Dama-dama göl olar, dada-dada heç.
Dağdan hey götürüb, desən ki, çoxdur, Bir də görərsən ki, dağ özü yoxdur.
Xərcləmək qazanmaqdan çətindir.
İnsan mal-dövlət yığıb saxlasa, onu xeyirli və faydalı işlərə xərcləməsə, dövlətli deyil, yoxsul hesab edilməlidir. Belə insanın mal-dövləti müxtəlif yollarla lazım olmayan yerlərə xərclənib gedər.
Geri199
1,000 öğeden 991 ile 1,000 arasındakiler gösteriliyor.