Kitab yalnız iş həyatında uğur qazanmaqdan bəhs etmi, ailə, münasibətlər, karyera, fərdi inkişafda uğur qazanmaqdan bəhs olunur. Kitabın içindəkilərlə bağlı əsas məlumatlar belədir:
1. HƏYAT FƏLSƏFƏNİZİ DƏYİŞİN. Həyat fəlsəmiz bizi məqsədimizə çatdıran yoldur. Doğru həyat fəlsəfəsi uğur qazandırırsa bunun əksi bizi uğursuz edə bilir. Hər şey bir addımla başlayır və çox kiçik addımlarla da müvəffəqiyyətə nail olunur. Verdiyimiz gündəlik qərarlar bu inkişaf yolunu müəyyən edir. Hər gün verdiyimiz doğru qərar lehimizə işləyərkən yanlış seçimlər əleyhimizə işləməkdədir.
2. GÜNDƏLİK RUTİNLƏR YARADIN. Ən xırda əhəmiyyətsiz görünən vərdişlər bizim həyat tərzimizi müəyyən edir. Sizə faydalı olan vərdişlər kiçik su damlası kimi təsəvvür edin, zamanla onlar çoxalır və gölə çevrilir.
3.ÇEVRƏNİZDƏKİ 5 İNSANIN ORTALAMASISINIZ. Ətrafımızdakı insanlar, dostlarımız, ən çox görüşdüyümüz insanlar kimdirsə zamanla onlara dönüşməyə başlayırıq.
4. FƏRQİNDƏ YAŞAYIN. Həyat fəlsəfənizin, ətrafınızda sizə yaxın olan insanların, günlük rutin işlərinizin fərqində olun.
5. ŞİKAYƏTLƏNMƏYİN. uğursuz insanlar şikayətlənir, uğurlu insanlar isə fürsət yaradar.
Burada verilənlər kitabın əsas fəlsəfəsini təşkil edir. Çalışdım ki əsas məsələlərə toxunum, lakin qeyd edim ki, yazdıqlarımla məhdudlaşmır kitab. Kitabın fəlsəfəsini bəyəndim, fərdi inkişaf sevirsinizsə bəyənəcəyinizə şübhəm yoxdur.
Xoş Mütaliələr!