"Səsimi buradan eşitməsi mümkün deyildi, lakin biz tərəfə baxırdı. Bəzən deyirlər ki, qəlb gözdən daha yaxşı görür. Anam sanki bizi görmüşdü, amma gəlmək üçün özündə təpər tapmamışdı."
"Mən küçədə tapılmış uşağam. Amma səkkiz yaşıma kimi bundan xəbərim olmayıb. O vaxta qədər elə bilirdim ki, mənim də digər uşaqlar kimi anam var. Ağlayanda məni qucaqlayıb başımı sığallayan, öpüb bağrına basan bir anam..."